Azərbaycanca

Azərbaycan və Türkiyə HHQ-nın pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar – FOTO + VİDEO

23.09.2014 | 11:19

Ahhq1zərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri sentyabrın 22-də də davam edib.

 
Təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.

 
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.
Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

 

hhq18 hhq17 hhq16 hhq15 hhq14 hhq9 hhq10 hhq11 hhq12 hhq13 hhq8 hhq7 hhq6 hhq5 hhq4 hhq2 hhq3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

23.09.2014 11:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*