Azərbaycanca

Azərbaycan xalçaçılıq tarixi

28.01.2013 | 17:17

1359378991_sekil-3Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır.

Müsahibimiz “Azərxalça” istehsalat birlyinin baş direktoru Əlisafa Nuriyevdi:

 

– Əlisafa müəllim, orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi.  Bəs bu gün hansı şəhərlərimiz bu yöndə irəlidədirlər?

 

-Ümumiyyətlə 1927-ci ildən başlayaraq Azərbaycanda xalçaçılığın mərkəzləşdirilmiş bir sistemi formalaşıb. Sovet dönəmində özləri də bilmədən şimali Azərbaycan xalçaçılığını konsepsual inkişafını istiqamətləndirə biliblər.

Bu nədən ibarətdir. Deməli, o vaxtı bölgələrdə ənənəvi şəkildə xalçaçılıq mövcud olub, yəni hərə öz evində Azərbaycan xalçalarını toxuyardı. O, vaxtı “Artillər” yaradılıb və həmin “Artillər” vasitəsi ilə həmin xalçaları xaricə çıxarmaq üçün “Mərkəzləşdirilmiş İdarə Sistemi” formalaşmışdır. Həmin dövrdə də  Quba xalçaları, Şirvan xalçaları olub. Bu həm də iş yerlərinin açılması demək idi, bu nöqteyi nəzərdən həmin “Artillər”i genişləndirib “Azərxalça” istehsalat birliyi yaratdılar. Bizim qurum artıq 85-ildir ki,“Azərxalça Elmi Yaradıcılıq İstehsalat birliyi” kimi fəaliyyət göstərir.

 

 – XIII – XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda “Şirvan” xalçası, Van Eykin “Müqəddəs Məryəm” əsərində “Zeyvə xalçası”, Alman rəssamı Hans Holbeynin (XV əsr) “Səfirlər” əsərində “Qazax” xalçasının təsvirləri verilmişdir. Bu istiqamətdə hansı işlər görülür?

 

 Ümiyyətlə tablolardan fərqli olaraq, L. Kərimov, K. Əliyev kimi karifeylər foto hədiyyəsində təqdim olunur. L. Kərimov bu janrın banilərindən olmasına baxmayaraq, bunu təkmilləşdirən K.Əliyev olub. Bu janr, xalçaçılıq janrı Azərbaycanda 1950-ci illərdə formalaşıb. Bu sujetli xalçalar, bir çox  şəhərlərdə görmüşəm Təbrizdə, Ərdəbildə və s. Onlar bu gün həmin sujetli xalçaları Azərbaycanda ki, səviyyəyə gətirməyə çalışsalar da, K. Əliyevin qoyduğu xalçaçılıq irsinə çata bilmir. Ümumiyyətlə mən Azərbaycan xalçaları deyəndə, bu günki mövcud Azərbaycan sərhədlərində məhdudlaşdırmıram. Azərbaycan xalçaları geniş bir ərazini əhatə eləyir. İndiki, İrəvan xanlığı, Ermənilərin dırnağ içərisində yaratığı ərazidə azərbaycanlıların köklü şəklidə yaşadığı bu torpaqlar xalçaçılıqla sıx əlaqəsi olan bir ərazilərdi. Ondan sonra götürək elə Təbriz şəhərini, mən Azərbaycan xalçası deyəndə, o qolu aradan ayıra bilmirəm. Ərdəbildə, Təbrizdə bir sözlə Cənubi Azərbaycanda toxunan xalçalar yenə də Azərbaycan xalçalarıdı.

 

– 1872-ci ildə Moskvada “Moskva – Politexnik” sərgisində və 1882-ci ildə “Ümumrusiya sənaye və incəsənət sərgisi”ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (Italiya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi. Bu günləri Azərbaycan xalçaları həmin müsabiqələrə təqim olunurmu?

 

 “Azərxalça”nın böyük bir dövri həmin illərə təsadüf edir. Sovet dönəmində SSR-ni təmsil eləyən yeganə müəssisə olub. Həmin dövrdə Azərbaycan xalqına ögəylik, ikili standartlarla yanaşma olduğuna görə, bizim həmin dövrdə aldığımız ödüllər ümumi SSR-i adıyla gedərdi və ya ümumiləşdirilmiş şəkildə istifadə olunardı. Adımızı çəkməzdilər və ya çəkəndə də çox qısqanclıqla çəkərdilər. İndi hal-hazırda bizdə “Gülüstan” xalçası toxunur. O, vaxtı “Azərxalça” birliyinin rəssamlarından biri K.Əliyevin bacısı M.Əliyevanın əsərlərindən biridir. Bu gün biz onu Azərbaycan xalqının milli məhsulu kimi ortalığa çıxarırıq. Kütləvi istehsalda da var və elə adı da “Gülüstan” gedir.

 

 Bizim xalçalar Nyu-Yorkun “Metropoliten”,  Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, İstanbulun “Topqapı”, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir. Təsüflər olsun ki, bunlar çox vaxt mənsub olduğu xalqın adıyla deyil, “İran xalçası”, “Qafqaz xalçası” kimi təqdim olunur. Ermənilərin Kiyev incəsənət muzeyində öz adlarına çıxdığı “Dağkəsəmən” Qazax xalçsının “XIII əsr)  Azərbaycan xalçası olduğu sübuta yetirildi.  Bizim xalçalarımızın başqa dövlətlərin adına çıxmaması üçün xüsusiylə də ermənilərin öz adlarına çıxmaması üçün hansı tədbirlər görülür?

 

– Desəm ki, bu yöndə ermənistanla konkret mübarizə aparılır, bu bir az düzgün olmaz. Amma ayrı-ayrı fərdi şəkildə mübarizələr mövcuddu. Ən böyük mübarizə odur ki, Azərbaycanımızın UNESCO-dakı, təmsilçisi bizim Mehriban xanım Əliyeva Azərbaycan xalçaçılığını UNESCO-nun siyahısına saldırdı. Bu orada təsdiqlənib, qeyd olunub və Azərbaycan Muğamı qədər dəyərləndirib. Bu elə ermənilərə mən deyərdim ən böyük zərbədi. Ramiz Məşədi Həsənli var idi, AZTV-nin avropa üzrə müxbiri idi. Bir veriliş hazırlamışdı. Almaniyanın Hamburq şəhərindəki bir dükandan. Bu dükanda Azərbaycan xalçaları erməni xalçaları adıyla satılırdı və hətta dükanın önünə erməni dilində “erməni əl xalçaları” adı yazılmışdı. (Təbii ki, Ramiz müəllimə ordakı erməni imkan vermədi çəkiliş aparılsın.) Dükanın içərisində Azərbaycandan daşınıb aparılmış əl xalçaları idi, xüsusən də Quba, Şirvan xalçaları satılırdı. Mən iki il bundan öncə əslən Təbrizli ancaq Almaniya da yaşayan bir xalçaçı ilə tanış oldum. Sonra o Bakıya gəldi. Xalçaçılıq sənəti haqqında bizim maraqlı söhbətlərimiz oldu.

O, dedi ki: “Berlində böyük bir kitabxana var. Mən Azərbaycan və Qafqaz xalçaları haqqında araşdırma apaparkən həmin kitabxanada Azərbaycan xalçaçılığıyla bağlı çoxlu kitablarla tanış oldum. Sonra yenidən araşdırma aparmaq üçün həmin kitabxanaya getdim, amma kitablar tapılmadı.” Dedilər ki: “Bizdə belə kitablar yoxdu.”

Sən demə həmin kitablar ermənilər tərəfindən yenilənib, harada “Azərbaycan” sözü var “Ermənistan” adıyla əvəz edilərək nəşr olunub.

Bu yaxınlarda biz Firudin Ağasıoğlunun “Qarabağın sehrli bir Pasrıq xalçası” adlı kitabının təqdimatını keçirdik. Kitabda verilən “Pasrıq” xalçasının 2500 il yaşı var. Araşdırmalar nəticəsində üzərindəki, naxışlar əsas gətirilərək məlum olub ki, bu xalça Azərbaycan xalçasıdır.

Biz daha bir “Xocalı faciəsi” adlı əl xalçası hazırladıq. Bu xalçanın ideya müəllifi Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyevdir. Ölçüsü 1,5-2,07 olan bu xalçanın rəssamı Aydın Rəcəbov, toxucuları Familə Vəliyevə və Rəfiqə Abbasovadır.

 

– Biz Əlisafa müəllimlə toxuculuq sexində olarkən, Kanadadan gəlmiş qonaqlarla da rastlaşdıq. Əlisafa müəllim qeyd etdi ki, bu gün toxuculuq sexi həm turistlərin, həm də yerli əhalinin marağına səbəb olur.

 

 

Vasif Əlihüseyn

 

KarabakhINFO.com

 

28.01.2013 17:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*