Azərbaycanca

Azərbaycan xarici işlər naziri ikili standartlar sərgiləyən ATƏT institutlarını mandatlarına hörmət etməyə çağırıb

04.12.2014 | 14:31

nazir xin“Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir”.

 

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən 21-ci iclasındakı çıxışında deyib.

 

 

E. Məmmədyarov bildirib ki, Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqlarını birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatdır: “Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xətlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi şəkildə narahatlıq hiss edirik. ATƏT həm genişlənən siyasi/hərbi bloklar, həm də bloklara üzv olmayan ATƏT-in iştirakçı dövlətləri arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır”.

 

 

Nazir ATƏT-in hazırkı gündəliyində məqsədyönlü şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələlərə həddindən artıq böyük diqqət yetirilir: “Demokratiya quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki, bəzən biz müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan hüquqlarına münasibətdə narahatlıqlar adı altında ATƏT iştirakçısı olan dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra edərkən ikili standart, coğrafi və digər üstünlüklərdən uzaq olmağa çağırırıq”.

 

“KarabakhİNFO.com”

 

 

04.12.2014 14:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*