Azərbaycanca

Azərbaycan XİN başçısı: “BMT qətnamələri xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir”

31.01.2017 | 13:47

Ñîâìåñòíàÿ ïðåññ-êîíôåðåíöèÿ "Òðîéêè ÅÑ" è ìèíèñòðà èíîñòðàííûõ äåë Àçåðáàéäæàíà Ýëüìàðà Ìàìåäúÿðîâà â Áàêó, Áàêó, Àçåðáàéäæàí, 20 èþëÿ 2009 ã.

“Dağlıq Qarabağ məsələsində Azərbaycana göstədiyi dəstəyə görə Qətər dövlətinə  minnətdarlığımızı bildiririk”.

 

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin mövcud olduğunu xatırladıb.

 

“Bu qətnamələr xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Lakin digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik”, – deyə E. Məmmədyarov qeyd edib.

 

Apa.az

31.01.2017 13:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*