Azərbaycanca

Azərbaycana qarşı düşmənçilik siyasəti – son hissə

10.10.2014 | 11:38

musa-qasimli...1Musa Qasımlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor

 

 

Ermənistan yenidən Azərbaycana qarşı əsassız

ərazi iddiası qaldırır.

Kəmərli hadisəsi

 

1984-cü ildə Ermə­nist­an rəhbərliyi Qazax rayonunun Kə­mər­li kən­di­nin 1675 ha əra­zi­sinə id­dia irəli sürdü. Həmin əra­zi Ermə­nist­an SSR Noyemberyan rayonunun Dovex kən­di ilə  Qazax rayonunun Kə­mər­li kən­di­ arasınd­a yerlə­şir­di. Kəmərli əha­lisi həmin əsassız iddiaya etira­z edə­rək azərb­ay­canlı kənd rəh­bər­lə­ri­nin evlə­rini daşa basmış­dıla­r. Er­məni id­dial­arını da­yan­dır­maq üçün kənd əha­lisi rayon rəh­bər­li­­yinə, Azərb­aycan höku­mə­tinə də­fə­lər­lə müra­ciət etmiş­di­lər. Hətt­a həmin ilin oktyabr ayı­nın bi­rin­ci yarı­sınd­a Moskvaya üç nə­fər­dən iba­rət nüma­yən­də heyəti də gön­dər­­miş­di. Onlar Sov.İKP MK-da olmuşdular. Lakin Moskvaya müra­ciətin nə­ticəsi olmamışdı. Onlara aydın cavab verilməmişdi. Moskva torpaqların Azər­bay­can­dan qo­par­dıl­ması gös­tə­ri­şini vermiş­di.

 

 

Oktyabrın 24-də Azərb­aycan SSR Nazir­lər Soveti səd­ri­nin müa­vini Ş.Rasiza­də, Azərb­aycan KP MK Qazax rayon partiya komi­tə­si­nin bi­rin­ci katibi A.Sü­l­ey­ma­nov, rayon İcr­aiy­yə Komi­tə­si­nin səd­ri B.Eyyubov və di­gər rəs­mi şəxs­lər, Ermə­nist­an SSR Nazir­lər Soveti səd­ri­nin bi­rin­ci müa­vini V.Movsesyan, Ermə­nist­an KP MK Noyem­beryan rayon partiya komi­tə­si­nin katibi P.Mamyan, cəmi 8 nə­fər Kə­mər­li kən­din­dən 6 km aralıda yerlə­şən Bataqlı bulaq deyi­lən yerə gəl­di­lər. Onlar Ermə­nist­anın əsasız iddia etdiyi meşə massi­­vinə yerin­də baxmaq is­tə­yir­di­lər. Bu, kənd əhalisini hid­dət­lən­­dir­di. Həya­ti məna­felə­rinə toxunan mə­sə­lə­nin qoyuluşundan narazı olan Kə­mər­li kən­di­nin 150 nə­fər sakini, əsa­sən qadın­­lar, gənc­lər, uşaqlar onlarla gö­rüşə gəl­di­lər. Kənd­dən təx­mi­nən 3,5 km aralıda maşınl­arı qarşıla­yaraq yolunu kə­sən əha­li etira­zını bil­dir­di. Torpaqların veril­məsi sə­bəb­lə­rini soruş­du. Rasiza­də həmin əra­zi ba­rədə iki respublika nüma­yən­də­­lə­rin­dən iba­rət yaradıla­caq komis­siya tə­rə­fin­dən son qəra­r veri­lə­cə­yini dedi. Kən­din rəh­bər­ləri əra­zi­nin Ermə­nist­ana veril­mə­si­nin nə­zər­də tutulduğunu söy­lə­yir­di­lər. Əhali Rasiza­də, Movsesyan, Süle­ymanov, Mamyan və Mehrabyanın oturduqları iki maşını əha­tə etdi­lər. Məsu­l şəxs­lər maşınd­an çıxa­nda əha­li onları təh­qir etməyə başladı. Rasiza­də, Movsesyan, Mehrabyan və Eyyubovu döy­dü­lər. Sonra onları zor­la Kə­mər­li kənd klubuna gə­tir­di­lər. Məcb­ur etdi­lər ki, belə bir rəs­mi akt imz­a­lasınl­ar: «Torpaq Kə­mər­li kən­dinə məxs­usdur və ondan alınm­ayacaq­dır». Onlar əha­li­nin tə­lə­bini yerinə yetir­di­lər. Yalnız bundan sonra hə­min adam­ları klubdan çölə buraxdıla­r. Klubda qayda yaratmaq is­tə­yən Kə­mər­li kənd soveti­nin səd­ri dö­yül­dü. Zədə aldı­ğınd­an xəs­təxa­naya apa­rıl­dı. Qarı­şıq­lıq yarandı. Mə­sələ bö­yüdü. Əha­li im­za­lan­mış sə­nədi al­dıq­dan son­ra rəs­mi şəxsləri kənd­dən qovdu.

 

 

Yaranmış vəziyyət Azərb­aycan KP MK büro­sunun 1984-cü il 12 noyabr tarix­li icl­asınd­a “Qazax rayonunun Kə­mər­li kən­din­də müna­qişə haqqınd­a” adı al­tın­da müza­kirə edil­di. İcl­ası MK-nın bi­rin­ci katibi Kamran Bağıro­v açdı. Bil­dir­di ki, baş verən müna­qişə yerli əha­li arasınd­a qeyri-sağlam mil­lət­ləra­rası müna­si­bət­lə­rin, uzun müd­dət yı­ğı­lıb qalmış qarşı­lıq­lı əra­zi id­dial­arı­nın nə­ti­cə­si­dir. K.Bağıro­v baş vermiş hadisə üçün yerli rayon rəh­bər­li­yini və Rasiza­dəni təq­sir­lən­dir­di. Eyni zamanda, məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etira­f etdi: “… Sov. İKP MK bi­zim qar­şı­mız­da mə­sə­ləni həll et­mək və ge­niş plan­da həll et­mək və­zi­fə­sini qoy­muş­dur”. İcl­asda Rasiza­də çı­xış etdi. Onun nit­qin­dən aydın olur ki, in­di­yə­dək Azər­bay­can ilə Er­mə­nis­tan ara­sın­da 11 mən­tə­qədə əra­zi mə­sə­ləsi həll edil­miş­di.

 

 

Gərgin keçən müzakirələrdən sonra MK büro­su müva­fiq qə­ra­r qəbu­l etdi. Rasiza­dəyə töh­mət veril­di. Bəzi azər­baycanlı rəs­mi şəxs­lər cəza­landı­rıl­dıla­r, partiya sıra­larınd­an çıxa­rıl­dı­lar. Ermənistan əsassız ərazi iddiasını təmin etdi.

 

 

 

Ermənistan Azərbaycana  qarşı hərbi müdaxilə astanasında

 

 

 

Şirnikləşən Ermə­nist­an rəhbərliyinin təşviqi ilə  erməni mil­lət­çi alim, ya­zıçı, şair və jur­­na­list­lə­­ri­nin Azərbaycan və Tür­­kiyə əley­hinə yaz­­dıq­ları ki­tab­­la­rın nəş­ri ço­xalı­rdı. Erməni dai­rə­ləri bir neçə istiqamətdə fəa­liy­yət gös­tə­rir­di­lər. Ermənistan rəhbərliyi ilk növbədə  ta­rix­də heç bir za­man ol­ma­yan uydurma “soyqı­rım” mə­sə­lə­sini ye­ni­dən qaldırdılar. Er­mə­nis­tan KP MK so­vet rəh­bər­li­yin­dən 24 ap­rel gü­nünü «Soy­qı­rım qur­ban­la­rı­nın xa­tirə günü» kimi qeyd et­məyə icazə al­mağa ça­lı­şır­dı. Bu məq­səd­lə Er­mə­nis­tan KP MK-nın bi­rin­ci ka­tibi K.Də­mir­çi­­yan Sov.İKP MK-ya mü­raciət edə­rək Er­mə­nis­tan SSR Ali So­ve­ti­nin mü­va­fiq fər­ma­nının qəbul olunmasına Si­yasi bü­ro­nun ra­zı­lıq ver­mə­sini is­tədi. Hə­min mü­raciət Sov.İKP MK Si­yasi bü­ro­su­nun 1985-ci il fev­ra­lın 21-də ke­çi­ri­lən ic­la­sı­nın gün­­də­li­yinə da­xil edil­di. İc­las­da «Er­məni soyqırımının 70 il­liyi ilə əla­qə­dar təd­bir­lər haq­­qın­da» mə­sələ mü­za­kirə olun­du. Sov.İKP MK-nın baş ka­tibi K.Çer­nen­ko xəs­tə ol­du­ğun­dan ic­lası MK ka­tibi M.S.Qor­ba­çov apa­rır­dı. Müza­ki­rə­lər qı­zış­dı. M. Qor­ba­çov Ermənistan rəhbərliyinin istəklərinin yerinə yetiril­mə­si­nə, mə­sələ ba­rə­­də qə­ra­rın qə­bul edil­mə­sinə çalışırdı. Si­yasi bü­ro­nun bəzi üzv­ləri də ona tə­rəf­dar çı­xır­dı­lar. SSRİ xa­rici iş­lər na­ziri A.Qro­mıko söz aldı. Mə­sə­lə­nin mü­za­ki­­rə­si­nin his­siyyata qa­pıl­ma­dan ke­çi­ril­­mə­sini tək­lif etdi. Bil­dir­di ki, hə­min dövr­də tö­rə­di­lən ha­di­sə­lər­də Os­man­lı Tür­ki­yəsi ilə ya­naşı çar Ru­si­­ya­sı­nın da gü­nahı var­dır. O, konk­ret fakt­lar və mən­tiqi də­lil­lər gə­ti­rə­rək bu mə­sə­ləyə dair qə­ra­rın qə­bul edil­mə­­si­nin əley­hinə çıxdı.

 

 

Çı­xış edən SSRİ Na­zir­lər So­ve­ti­­nin səd­ri N.Ti­xo­nov da Er­mə­nis­tan KP-nin tək­lif­lə­ri­nin qə­bul olun­ma­sı­nın əley­hinə danışdı. Təklifləri oxu­­yan­­da hə­­yə­­can­lan­dı­ğını söy­lədi. Bil­dir­di ki, SSRİ-nin Tür­kiyə ilə mü­na­si­­bət­ləri ye­nicə qay­daya düşür, Tür­kiyə rəh­­bər­­ləri SSRİ-ni dost ölkə ad­lan­dı­rır­lar. Ti­xo­nov ötən il Tür­ki­yəyə sə­fəri za­manı türk döv­lət və hö­ku­­mət baş­çı­la­rı­nın Er­mə­nis­tan­­dakı an­ti­türk əhval-ru­hiy­yəni onun diq­qə­tinə çat­­dır­dıql­arını, şi­ka­yət et­dik­lə­rini dedi. SSRİ Na­zir­lər So­ve­ti­nin səd­ri türk­lə­rin Bos­for və Dar­da­nel bo­ğaz­la­rın­dan «qı­fıl asmaq» im­kan­ları ol­­du­ğunu da xa­tır­lada­raq bu mə­sə­ləyə dair qə­ra­rın qə­bul edil­mə­sini öl­kə­nin milli ma­raq­ları ba­xı­mın­dan zi­yan­lı he­sab etdi. Nə­ti­cədə gər­gin mü­za­ki­rə­lər­dən son­ra Er­mə­nis­tan rəh­bər­li­yi­nin tək­lif­ləri qə­bul edil­mədi.

 

 

Tək­lif rədd edil­sə də, er­məni dai­rə­lə­ri­nin fəa­liy­yə­­tinə baş­qa bir is­ti­qa­mət­də şərait ya­­ra­dıl­dı. So­vet mət­bua­tın­da an­ti­türk ya­zı­la­rın çapı ço­xal­dı. Xü­su­­sən Er­mə­nis­tan­da nəşr edi­lən ədəbi jur­nal­lar­da güclü an­ti­türk təbliğatı aparılırdı.

 

 

Türkiyəyə qarşı əsassız iddialarını reallaşdıra bilməyəcəklərini dərk edən Ermənistan rəhbərliyi 80-ci il­lə­rin or­ta­la­rın­da xa­rici öl­kə­lər­dəki er­mə­ni­lə­rin Er­mə­nis­tana kö­çü­­rül­məsi mə­sə­lə­sini qal­dır­dı. Bu dəfə so­vet hö­ku­məti həmin təklifi bəyəndi. SSRİ Na­zir­lər So­veti 1985-ci il iyu­nun 20-də «1985-1986-cı il­lər­də xa­rici öl­kə­lər­dən er­mə­ni­lə­rin SSRİ-yə re­pat­ria­­si­­ya­­sı­nın da­vam et­di­ril­məsi haq­qın­da» qə­rar qə­bul etdi.

 

 

Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu erməni köçürüldü. Onlar özləri ilə qatı millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırırdılar.

 

 

Ermənistan bununla da kifayətlənmədi. Ermə­nist­an KP MK-nın bi­rin­ci katibi K.Də­mir­çiya­n 1986-cı ilin noyabr ayınd­a Sov.İKP MK-ya məx­fi bir məkt­ub yazdı. Məktubda gös­tə­rir­di ki, Ermə­nist­anda sovet haki­miy­yəti qurul­duğu ilk il­lər­dən Sov.İKP MK-nın qəra­rları ilə müx­tə­lif xarici öl­kə­lər­dən ermə­ni­lə­rin repatria­siya­sı həya­ta keçi­ril­miş­, so­vet ha­ki­miy­yəti il­lə­rin­də Ermə­nist­an SSR-ə xaric­dən 230 min nə­fər­dən çox erməni gətirilmişdir. Də­mir­çiya­n yazır­dı ki, məlu­mata görə, Yaxın və Orta Şərq öl­kə­lə­rin­də (İran, Suriya, Livan, İraq, İor­daniya) yaşayan ermə­ni­lər içə­ri­sin­də Ermə­nist­an SSR-ə daimi yaşa­maq üçün gəl­mək is­tə­yən­lər vardır. Məkt­ubun sonunda o, “repatria­siya­nın mü­hüm siya­si əhə­miy­yə­tini nə­zərə alaraq Ermə­nist­an KP MK və SSRİ Nazir­lər Soveti­nin 1985-ci il 25 iyun tarix­li “1985-1986-cı il­lər­də xarici öl­kə­lər­dən ermə­­ni­lə­rin SSRİ-yə repatria­siya­sı­nın davam etdi­ril­məsi haqqınd­a” qəra­rı­nın fəa­liy­yət müd­də­ti­nin 1990-cı ilin sonunadək uza­dılm­a­sını” xahiş edir­di.

 

 

Məkt­ubla tanış olan Sov.İKP MK katibi Y.Liqa­çov 1986-cı il 22 noyabr tarix­də “MK-ya tək­lif hazır­­layın” dər­kəna­rı yazaraq MK-nın şöbə müdirləri N.İ.Savin­kinə və Y.Z.Ra­zu­movskiyə gön­dər­di. Tapşırığı yerinə yetirən Sov.İKP MK-nın in­ziba­ti orqanlar şö­bə­si­nin mü­diri N.Savin­kin və MK-nın partiya-təş­kila­t işi şö­bə­si­nin mü­dir müa­vini N.Zolotaryev 1987-ci il mayın 7-də MK-ya müvafiq məx­fi məkt­ubla müra­­ciət et­di­lər. Məkt­ubda deyi­lir­di ki, Sov.İKP MK-nın şö­bə­­ləri tə­­rə­fin­dən sovet əha­lisi içə­ri­sin­də müha­ci­rət əhval-ruhiy­­yə­si­nin ol­ması barədə tək­lif­lər hazırl­anmış­dır. Həmin material­­larda ermə­ni­lə­rin SSRİ-yə repatria­siya edil­məsi barədə mə­­sə­ləyə də toxunulur. Qeyd edi­lən­ləri nə­zərə alaraq Ermə­nist­an KP MK-nın müra­ciə­tinə yuxarıda gös­tə­ri­lən bü­tün material­ın müzakirəsi zamanı son olaraq baxılm­ası müm­kün he­sab edilirdi. Məktubla tanış olan Y.Liqa­çov, A.Lukyanov, Y.Razumovski, A.Dobrı­nin və b. “razıla­şdı­­rıl­­sın” dər­kəna­rını yazdıla­r.

 

 

Qeyd etmək lazım­dır ki, SSRİ-yə köç­mək is­tə­yən ermə­­ni­lər kommunist və ya sosia­list deyil, daşnaklar, sovet haki­miy­yə­tinə düş­mən olanlar idi. On­la­rın bir çoxu SSRİ-ni dağıtm­ağa çalışa­n xarici öl­kə­lə­rin xüsu­si xid­mət orqanları ilə əmək­daş­lıq edir­di­lər. Həmin mü­raciə­tin ye­rinə ye­ti­ril­məsi tə­xirə sa­lın­sa da,  er­məni dai­rə­lə­ri­nin əl-qolu daha ge­niş açıl­dı. Xa­rici öl­kə­­lər­dən er­mə­­ni­lər Ermənistan SSR-ə gəl­məyə baş­la­dı­lar. On­lar öz­ləri ilə SSRİ-nin mövcudluğunda mühüm rol oynayan  milli münasibətlər baxımından ən zəif yer olan  Cə­nubi Qaf­qaza qatı mil­lət­çi­lik, düş­mən­çi­lik, kin-kü­du­rət gə­tir­di­lər. Bu zəncirdə ən zəif həlqə erməni – azərbaycanlı münasibətləri idi.

 

 

NATO üzvü olan Türkiyəyə qarşı iddialarının bir çox səbəblər üzündən nəticə verməyəcəklərini başa düşən erməni dairələri  hədəf kimi Azərbaycanı seçdilər. Lakin Heydər Əli­yev Kreml­də iş­lə­dik­cə er­məni id­dia­la­­rı­nın real­laş­dı­rıl­ması müm­kün de­yil­di. M. Qor­ba­çov və er­məni xa­dim­lər Heydər Əli­yevə qar­şı çı­xış edir­di­lər. On­lar məq­səd­lə­rinə çat­maq üçün Heydər Əli­ye­vin üzə­rinə to­tal böh­tan dolu hü­cuma keç­di­lər. Sov.İKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1987-ci il oktyabrın 21-də keçirilən Sov.İKP MK plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və noyabrın 18-də “Humanite” qəzetində çap olunmuş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri M.Qorbaçovun razılığını aldığını bildirdi. Tezliklə xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən həmin bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları və Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi genişləndi. 1987-ci ilin noyabrında ermənilərin nümayəndələri Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Elə həmin ayda Ermənistanda Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edildi. Bunun nəticəsində azərbaycanlılar qaçqına çevrilərək Azərbaycana gəlməyə başladılar. 1988-ci ilin yanvarında artıq Azərbaycanda Ermənistandan qovulan 4 min azərbaycanlı var idi. Həmin ilin fevralında Ermənistandan nümayəndələr yenidən Moskvaya səfər edərək sovet orqanları qarşısında əsassız tələblərini irəli sürdülər. 1988-ci il fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Az sonra Ermənistanın Azərbaycana qarşı  hərbi təcavüzü başlandı.

 

 

 

“KarabakhİNFO.com”

 

 

10.10.2014 11:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*