Azərbaycanca

Azərbaycana qarşı erməni kino müharibəsi I hissə

07.02.2013 | 18:09

1360305718_plyonka“Qabaqlayıcı bilik elə bir vasitədir ki, onun köməyi ilə məlumatlandırılmış hökmdarlar və müdrük sərkərdələr hücum edərək başqalarını fəth edirdilər… Qabaqlayıcı biliyi şeytandan və ya ruhdan almaq mümkün deyil… onu insanlardan almaq olar, belə ki, bu bilik düşmənin həqiqi vəziyyəti haqqındadır. Cəsusluğun beş növü var: yerli cəsuslar, daxili cəsuslar, ikili cəsuslar, geri dönməyən və geri dönən cəsuslar”.

Sun Szı “Müharibə incəsənəti” traktatından

Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. «Kontaktsız müharibə» adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. Bu günki cəmiyyətdə əyləncə kimi qəbul edilən Kinolar həm də informasiya verir, reallığı bədii vasitələrlə çatdırır. Yeri gələndə kino sözün yaxşı mənasında millətin təbliğatçısına çevrilir. Sirr deyil ki, qlobal ideoloji müharibədə şüura ən güclü təsir vasitəsi olan kinonun spesifik rolu və mühüm payı var.

Tarixə nəzər salsaq kinonu öz informasiya vasitələri kimi istifadə edən dövlətlər də az olmayıblar və bunların ən bariz nümunəsi II dünya müharibəsində yəhudilər öz soyqırımlarını kino-filmlər vasitəsilə dünyaya çatdıra bilmələridir. Sadə bir misal olaraq, Şərqi Avropada cərəyan edən hadisələrin real kino təsvirini yaradan “Pianoçu” bədii filmini seyr edən hər bir kəs sanki, həmən an müharibənin ağrı, acılarını canlı olaraq yaşayır . Kinoda bədii çalarla bərabər tamaşaçını inandırmaq ustalığı hiss olunur. “Pianoçu” filmini seyr edən tamaşaçı tək yəhudilərin soyqırımını deyil, ümumilikdə, insanlığa qarşı törədilən faciənin baş verdiyinin fərqində olur. Bütün dünya bu filmə baxandan sonra tam olaraq faşizmin insanlara və dünyaya necə təhlükləli olduğunun şahidi olurlar. Başqa bir misal II dünya müharibəsi illərində İtaliya, İspaniya, Almaniya və Fransada çəkilən filmlərin müharibənin gedişini necə dəyişməsində görmək olar. Azərbaycan istehsalı olan “Uzaq sahillərdə” filiminə diqqətlə baxan görərdi ki, faşistləri tez-tez kinoteatrlara gedir və almanların qələbəyə doğru irəlləməsindən bəhs edən filmlərə baxaraq ruhlanır və daha da agressiv olurdular.

Bu siyasət əlbətdə ki daima məkrli planlara malik olan ermənilərin də diqqət mərkəzində olub. “Hər yerdə erməni var” şuranı əsas götürən erməni təbliğatı böhtan, yalan və saxtakarlıqdan ibarət fəaliyyəti ilə onlarla qonşuluqda yaşayan xalqlarla bərabər, digər xalqların da mənafelərinə toxunmaqla onları ixtiraflara və müharibələrə mübtəla edir. Harada yaşamalarından asılı olmayaraq yüz faiz erməniliyini saxlayan bu millətin təmsilçiləri hazırda Türkiyənin və Azərbaycanın əleyhinə güclü təbliğat işi aparırlar. Kütləvi informasiya vasitələri, incəsənət və digər vasitələrdən məharətlə istifadə edən erməni diasporunun təbliğatı güclü maliyyə dəstəyi var. Türkiyədə nəşr edilən “Stratejik analiz” jurnalının məlumatına görə, tək təbliğat işinin illik büdcəsi 100 milyon dolları əhatə edir.

“Ümumdünya statusu” qazanmış olan “erməni məsələsi”nin təbliği xristianlığın təbliği qədər mühüm əhəmiyyət daşıyır. Erməni kimliyinin qorunub saxlanması, mövcudluğu və gələcək tarixi məhz “erməni məsələsi”nin təbliği nəticəsində gündəmdə qalmışdır. Adı çəkilən məsələni, baş vermiş hadisələri bir əfsanə halına gətirən erməni təbliğatı bir-birlərindən fərqli milyonlarla insanı uydurma ortaq dəyərlərlə yaxınlaşdırılaraq bir arada tuturlar. Beləliklə, erməni ideoloqları öz gələcəklərini öz düşüncələrinə “güvən” altına almış olurlar. Bunun üçün ilk növbədə uydurma “erməni məsələsi”nin ermənilər, daha sonra məskunlaşdıqları ölkələrin ictimai fikrində və son olaraq bütün dünyada təbliğinə ciddi fikir verirlər. Bütün dünyanı buna inandırmaq yönündə qurulan fəaliyyət bir “missiya”, hətta “varolma səbəbi” kimi görülür.

Biz keçmişə nəzər salsaq 1925-ci ildə Namus adlı ilk erməni filminə mütləq toxunmalıyıq. Bu film Azərbaycanda yaşayan Aleksandir Şirvinzadənin əsəri əsasında çəkilən bir məhəbbət filmi idi. Lakin filmə diqqətlə baxanda ermənilərin burada Qarabağ iddialarının olmasının bir daha şahidi olursan. Əsərdə bir necə dəfə “erməni yurdu Qarabağa gedərik” fikirinin alt yazıda olması onların Azərbaycanın əzəli yurdu olan Qarabağa torpaq iddiasının tarixinin lap qədim olduğunu görmək olar.  Müasir dövrdə  isə Müxtəlif ölkələrdə erməni millətçilərinin Dağlıq Qarabağla bağlı təşkil etdikləri telemarafonlar, sərgilər kimi təbliğat formaları da erməni informasiya-təbliğat fəaliyyətinin digər vasitələridir. Bu istiqamətdə erməni millətçiləri kifayət qədər təşəbbüskarlıq göstərməyi bacarırlar. Televiziya və kino ekranlarına çıxarılan saxta materiallar kilsələrdə səsləndirilən moizələr, Dağlıq Qarabağa həsr edildiyi bildirilən musiqilər, erməni adına çıxarılan digər xalqların mədəni dəyərləri və s. də erməniliyin informasiya-təbliğat vasitələri rolunu oynaya bilir.

Bu gün bir çox mütəxəssislər qeyd edirlər ki, erməni kino təbliğatında ‘25-ci kadr’’ virusundan istifadə edirlər. Bu halda obyektin aktiv diqqəti söhbətlə yox, hansısa bir filmin süjeti ilə məşğul edilir və lazımi komanda bu filmin lentinin hər 25 kadrından birində yerləşdirilir. Nəticədə, filmin qayəsi, fabulası ilə aludə olan şüur, bu aniliyə köklənə bilməsə də, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadrdan gələn siqnallar faktik olaraq göz analizatorlarına düşüb, onu ani də olsa qıcıqlandırdığından, yuxarıda deyilən mexanizm fəaliyyət göstərməyə başlayır. Bu 25-ci kadra da onlar ermənilərin türklər tərəfidən məhf edildiyi, böyük ermənistan uğrunda bir olmaq, onların əzabkeş və qədim xalq olması, ümumerməni işinə öz var dövlətindən belə keçilməsinin zəruriliyi və sairə bu kimi fikirlər yerləşdirilir.

«25 kadr» effekti dünyanın bir sıra aparıcı kəşviyyat orqanlarında qadağan olunub, hətta bəzi ölkələrdə cinayət məsuliyyəti təqdim edilir. Buna baxmayaraq erməni kino biznesi bundan bu gün də yararlanır .

İlk olaraq incəsənət sahəsində erməni diaspor təbliğatı diqqəti cəlb edir. Bu istiqamətdə fəaliyyət işinə “İlin filmi”, “İlin mahnısı”, “İlin yazısı”, “İlin rəsmi”, “İlin kitabı”, “İlin teatrı” kimi mükafatlar aiddir. Bu mükafatlar ermənilərlə yanaşı, digər xalqların nümayəndələrinə də təqdim olunur. Bununla dolayısı yolla öz məqsədlərini təbliğ edən erməni diasporu yerli KİV orqanları ilə sıx əlaqə saxlayır.

Hər hansı bir rəsm sərgisində kitab və film təqdimatında “erməni məsələsi” bölümü olmaqla və yaxud erməni musiqiçilərinin konserti zamanı “erməni məsələsi”nin “qurbanları” alınır və ətrafdakılara öz məqsədlərini təbliğ edirlər. Sırf təbliğat xarakteri daşıyan sərgilər, filmlər, musiqilər, mükafatlar, səhnə əsərləri ictimai fikirdə “erməni işi”ndə dəstək qazanılmasına xidmət edir.

1988-ci ilə qədər dünya ermənilərinin əsas hədəfi “uydurma soyqrımın” təbliğatı idisə bu ildən etibarən Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi və bu planların ermənilərinbeyninə yeridilməsi, başqa sözlə isə ermənilərin Azərbaycanaqarşı işğalçılıq və millətçilik ideologiyası ətrafında səfərbər edilməsi heç şübhəsiz ki, müəyyən təşkilatçılıq fəaliyyətinin aparılmasını tələb edirdi.Belə bir təşkilatçılıq fəaliyyəti olmadan ifrat millətçi ideologiyanı uzun müddət gündəlikdə saxlamaq qeyri-mümkün idi. Elə erməni millətçilərinin təcrübəsi də bunu sübut edir. Bu təşkilatçılıq işinin başlıca istiqamətini isə informasiya-məlumatlandırma fəaliyyəti təşkil edirdi. Bu istiqamətdə maraqlı bir hadisəni qeyd etmək lazımdır. 1982-ci ildə ABŞ-ın məşhur Hollivudunda  Al Pacinonun baş rolunu ifa etdiyi film “Mülləfi! Müəllifi” böyük ekranlara çıxdı. Burada maraqlı bir məqam əsas qəhrəman  Ivan Travalianın xoşuna gəldiyi xanımla görüşə gedir və daha yaxından tanış olarkən özünü təqdim etməsidir : “Yeddi yaşıma qədər mən erməni deyildim. Yeddi yaşım olanda məni bir erməni ailəsi oğulluğa götürdü və mən erməni oldum. Erməni doğulmurlar, erməni olurlar”.

Ardi var…

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

KarabakhINFO.com

07.02.2013 18:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*