Azərbaycanca

Azərbaycana qarşı erməni kino müharibəsi II hissə

08.02.2013 | 10:44

1360305718_plyonka1988-ci ildən başlayaraq Azərbaycanı da hədəfə götürən diasporun “Ararat”, “Həsrət”, “Erməni davası”, “Unudulmuş soyqırım”, “Tarixi Ermənistan”,  “Vəzifə Berlin”, “Ana”, “Musa dağında 40 gün”, “Bir erməni yolu”, “Erməni davası”, “Amerika erməniləri”, “Bir səsizlik divarı: ermənilərin unudulan taleyi”, “Hər kəs burda deyil: erməni soyqrım ailələri”, “Gizli Holkost: XX əsrin ilk soyqrımı”, “Kilikiya: yenidən doğulu.”, “Xalqım hardadır”, “Amerikalı ermənilər”, “Ağrı dağ işarəsi”, “Ağrı dağına dönüş”, “Köhnə Roma Yolunda”, “Burası Ermənistan”, Girov 2”  və digər filmlərin adını çəkmək olar. Ermənistan prezidentlərinin daima istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsinin ədalətli‖ həlli üçün xarici auditoriyanın düzgün və obyektiv informasiyaya ehtiyacı vardır” sözlərini əllərində əsas tutan erməni kino biznesinin hədəfində Qarabağ və Naxçıvanın əzəli “erməni torpaqları” olmasını dünyaya çatdırmaqdır. Qeyd edim ki, Kino sənətinin 4 əsas növ üzrə formalaşmışdır.Bədii kino,Sənədli kino,Multiplikasiya kinosu,Elmi-kütləvi kino üzrə işləri ermənilər həyata keçirməkdədirlər.  Hazırda beynəlxalq video şəbəkəsi olan Youtube-də ermənilər aktiv olaraq Azərbaycana qarşı iş aparmada davam edirlər.

 

 Azərbaycanla əlaqəli olan filmlər aşağıdakılardır: 1. “Dağlardakı qaranlıq meşə” – Dağlıq Qarabağ hadisələrindən danışan sənədli filmin rejissoru Rocer Kupelyandır. Filmdə baş verən hadisələr açıq-aşkar təhrif olunmaqla tərsinə yozulur. Beynəlxalq hüquq normalarını pozan ermənilərin torpaqlarımızın 20 faizini işğal altında saxlamasını inkar edən bu film erməni yalanlarının bariz nümunəsidir. 2. “Dağlıq Qarabağ: erməni tarixinin üçüncü və dördüncü cildi” – Qarabağda anadan olmuş Don Əsgəryan tərəfindən 1988-ci ildə Almaniyada çəkilən 60 dəqiqəlik sənədli filmdir. Marqarita Voskanyanla birgə baş rolları bölüşən Don Əsgəryan filmi rus və erməni dillərində səsləndirib. İngilis və alman alt yazısı ilə nümayiş etdirilən filmdə Azərbaycan əleyhinə böhtanlar bütün normalara sığmır. Film bir neçə ölkədə “Etnik təmizlik-kirli gerçəyin təsviri” başlığı ilə nümayişə çıxarılıb. 3. “Avetik” – Don Əsgəryanın “Erməni soyqırımı” II Dünya müharibəsi illəri və Dağlıq Qarabağ hadisələrinə aid başqa bir filmdir. Almaniya-Ermənistan müştərək filmi olan “Avetik” 84 dəqiqəlik rəngli ekran “əsəri”dir. 4. Ararat – Kanadalı Atom Eqoyanın uydurma “erməni soyqırımla” həsr olunan filmi türklərin “qaniçən”, “qəddar”, “zalım” olduğunu göstərir. Ermənilərin çəkdikləri əzablar filmdə şişirdilmiş halda göstərilir. 50 dəqiqəlik olan “Ararat” Rusiya, Fransa və qəribə olsa da Türkiyədə yayımlanıb. Qeyd edək ki, Eqoyan “Zavallı Ermənilər, Zalım Türklər” sözünü çox zaman öz əsərlərində istifadə edir. 5. Əgər hamısı…” («If Only Everyone») bədii filmi Oscar kino mükafatının “Əcnəbi dildə ən yaxşı film” nominasiyasının ilkin siyahısına daxil edilmiş idi.Filmin rejissoru Natalia Belauskenedir, ssenari müəllifləri Tereza Varjapetyan və Mikael Poqosyandır, sonuncu həm də filmin produsseri və baş gəhrəmanlarından biridir. Filmin sujetinə əsasən Saratovdan olan rus qız Saşa (rusiyalı aktrisa Ekaterina Şitova) Qarabağ müharibəsində həlak olmuş atasının qəbri üstündə ağac əkmək üçün Ermənistana gəlir və burada onun döyüş yoldaşları ilə tanış olur. Erməni KİV-lərinin verdiyi məlumata əsasən bu film “Ermənistan prezidentinin nəzarəti və dəstəyi ilə çəkilib və Ermənistanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunub Artsax müharibəsinən və Ermənistan silahlı qüvvələrinin formalaşmasından bəhs edir”.Film Ermənistanın dövlət təbliğat maşınının bir məhsulu olmaqla, Qarabağ hadisələrinə erməni nəzər nöqtəsini göstərir. 6.  “Suriyadan Ermənistana-Vətənin əldə edilməsi” adlı film Rusiyada istehsal edilib. Rusiyada Ocaq kinoklubu tərəfindən maliyyləşib. Burada ermənilər in və ermənilər haqqında çəkilən filmlərin təqdimatları və yayımları həyata keçirlir. Filmin süjeti Suriyada yaşayan erməni ailələrinin Ermənistana gəlmələri və ordan da Qarabağa köçmələrindən bəhs edir. əsərin qəhramanı Qarabağda özünə ev tikir və ailəsi ilə birgə kilsədə Vətənlərinin keşiyində duracaqlarına dair and içirlər. 7. “Qarabağa xoş gəlmisiniz” 2007- ci ildə çəkilən film Qarabağın təbiəti və Şuşa şəhərinin havasının bütün xəstəliklərə dərman olması istiqamətində qurulub. Sənədli növ olan film Qarabağa turist axının cəlb etməyə yönəlib. 8.  “Qarabağ: gizlədilmiş xəzinə”  2010-cu ildə çəkilib. “Erkir media” tərəfindən. Məqsəd Qarabağa turizm axının cəlb etməkdir. 9. “Yarımçıq kəsilən mahnı” rejissor Arik Manukyandır. Film Qarabağ müharibəsi zamanı azərbaycanlı və erməni hərbçinin dərin bir çuxura düşməsindən bəhs edir. Filmdə hər iki rolu erməni aktyorlar canlandırıblar. Filmin əsas ideyası hər iki xalqı sülhə çağırmaq olsa da, ermənilər yenə də xislətlərini özlərini büruzə veriblər. Lakin erməni rejissorun filmdə etdiyi etirafarı da dəyərləndirmək lazımdır. Belə ki, dərin çuxura düşən azərbaycanlı və erməni arasında maraqlı dialoq baş verir. Erməni azərbaycanlıdan nə üçün vuruşduğunu soruşur. Azərbaycanlı cavabında vətəni üçün, ailəsi üçün vuruşduğunu söyləyir. Eyni sualla azərbaycanlı da erməniyə müraciət edir. Erməni isə cavabında nə üçün vuruşduğunu özünün də bilmədiyini söyləyir. 10. “Qarabağın yaraları” Bolqarıstan telejurnalisti Tsvetana Paskaleva çəkib. Erməni diasporunun maliyyəsi ilə. Bu film 7 hissədən ibarətdir, 6 dildə çəkilib. 3 saat yarım davam edən filmdə Qarabağ münaqişəsindən bəhs edilir, film Şuşanın alınması ilə yekunlaşır. “Qarabağın yaraları” adlı filmin ABŞ-da ən müasir texnologiyalar əsasına çəkildiyi, bu ölkədə patentləşdirildiyi və buraxıldığı bildirilir. 11. “Torağay Yuvası” Antonia Arslanın eyni adlı romanının motivləri əsasında çəkilib, italiyalı Paolo və Vittorio Taviani qardaşları tərəfindən səhnələşdirilib. Filmin  çəkilməsində beş böyük ölkənin, Bolqariya, Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, əməyi keçib. Bu kimi filmlərə sırasında Don Askaryanın “Komitas” filmi, Albert Mıkırtçyanın “Şad avtobus”, Atom Egoyanın “Təqvim” filmi və digər filmləri də aid etmək olar. Bu gün dünya kino sahəsində ermənilərin də sayı az deyildir. Dünyada ilk olaraq filmə çəkilən Flora Zabelledə adı ilə dünyada tanınan Zabel Mangasaryandır ki, İstanbulda doğulmuşdur. O, dünya şöhrətli Raymond Hitchcockun həyat yoldaşı olubdur. Ondan sonra  Mardik Martin(ssenarist), Ed Alberyan (Amerika aktyoru), Serj Avdeikyan (fransız ssenarist, prodüssüer, aktyor),  Aleks Emincyan (Metro Golden Mayer kino kompaniyasının meneceri), Ross Tiqran Bağadasryan (prodüsser),  Tanya Seqaçyan (Harri Porter filminin prodüsseri), Alen Terzyan (prodüsser, Fransa Kino Akademiyasının Prezidenti, Kann kinofestivalının sədri), Armen Ciqarxanyan (aktyor), Sona Tatoyan (rejissor) Hayk Kirakosyan (rejissor) Sergey Paracanov (Sarkis Hovsepi Paracanyan, ssenarist-rejissor), Simon Abkarian (fransız aktyoru) və sairələrinin adın çəkmək olar. Qardaş Türkiyədə də məhşur olan erməni əsilli aktyorlardan Ani İpəkkaya, Anta Toros, Madam Anahit, Nübar Tərziyan, Sami Hazinses və İrma Felegyanın adın çəkmək olar. Qeyd edək ki, Azərbaycan xarici ölkələrdə düşmənə qarşı təbliğat aparmaq üçün kino və televiziyalardan az istifadə edir. Demək olar ki, heç istifadə olunmur. Daha çox qəzetlərə, yazılara və eyni halda beynəlxalq sərgilərin təşkilinə fikir verilir. Mənə elə gəlir ki, Azərbaycan təbliğat məsələsində erməniləri udub. Ona görə onların animasiya sahəsində hər hansı bir film yayımlamaqları nəyisə dəyişmir.  Ramil Səfərovun azadlığından sonra ermənilər Azərbaycanı təhqir edən cizgi filmi çəkərək video portallarda yayımlayıblar. Filmdə Ramil Səfərov, ölkə başçısı, Azərbaycan xalqı ciddi şəkildə təhqir olunub. Ermənilər artıq neçənci dəfədir ki, bu tip animasiya filmləri çəkərək yayımlayırlar. Türkiyə hazırda bu məsələyə ciddi fikir verməyə  başlayıb. Baş nazir köməkçisi Bülənt Arınç, dünya ictimaiyyətdə səs gətirəcək “Erməni məsələsi” mövzulu kino filmi və sənədlilər üçün işə  başlatdıqlarını müsahibələrinin birində deyib. 2013-cü ilin dövlət büdcəsinə bununla bağlı əlavələr edildiyini deyən Arınc Erməni məsələsini tarixi gerçəklərlə uyğun bir şəkildə izah etməyin vacib olduğnu qeyd edib. İndi çəkilən milli filmlərə və serialların təəssüf ki, yalnız birinci hissəsinə birtəhər baxmaq mümkün olur. Hal-hazırda film çəkən şəxslər bu barədə düşünməlidirlər. Deməli, sanballı filmlər ortalığa qoymaq lazımdır. Ona görə də bu iş peşəkarlara həvalə edilməlidir. Onu da qeyd etməliyik ki, Azərbaycanın kino iqtisadiyyatının formalaşmaması bu sahədə problemləri dərinləşdirir. Keçmiş SSRİ-də, elə onun tərkibində olan Azərbaycanda da kino uzun illər incəsənətin bir növü kimi inkişaf etdirilib, təbliğatedici, maarifləndirici rol oynayıb. Xarici ölkələrdə kinodan əldə edilən gəlir milyonlarla ölçülsə də, sovetlər birliyində inkişaf müəyyən xətt üzrə olub. Hətta kino ilə pul qazanmaq ideyasını yaxına buraxmayıblar. Nəticədə kino indiki durumuna, başqa sözlə, tükdən asılı vəziyyətə düşüb. Hazırki dövrdə kinonun yalnız sənət deyil, həm də biznes olduğu qəbul edilir. Lakin bu sahənin dirçəldilməsi üçün heç bir iş görülmür. Kinonun inkişafından çox danışılır, lakin əsas amil marketinq-bazarın öyrənilməsi yaddan çıxarılır. Tələb və təklif müəyyənləşdirilmir. Kommersiya marağı nəzərə alınmır. Film nümayişindən dərhal sonra uğursuzların arxivinə köçürülür. Yeni çəkilən filmlərin təbliğat xarakterli tanıtımı uzaqbaşı, hansısa bir telekanalda yaradıcı heyətin 10 dəqiqəlik təəssüratları olur. Qəzetlərdə, nəqliyyat vasitələrində reklam və ya anonsların verilməsinə maraq göstərilmir. Nə kirayələrin (prokatlar), nə də kassa gəlirləri əvvəlcədən hesablanmır. Kino sənayesini dirçəltmək lazımdır. Dövlət bu işi “Azərbaycanfilm”in timsalında ən azı 4-5 il güclü maliyyə ayırmaqla öz yoluna qoya bilər. Filmləri prokata çıxarmaqla biznesmenlərdə maraq oyatmaq mümkündür. Kino biznesinin formalaşması, güclü kompaniyaların yaranmasına səbəb olacaq. Nəticədə dövlət qoyduğu mayanı artıqlaması ilə çıxara bilər. Bir də çəkilən filmlərin ciddi təbliğinə və reklamına ehtiyac var. Düzdür, bu da maliyyə tələb edən işdir. Amma nəticə verir. Filmlərin təbliği və reklamına ayrılan pulların əvəzini artıqlaması ilə çıxarmaq mümkündür. Dünya kinosunda bu işin bəhrəsini yəqin ki, görürsünüz. 10 miyonluq büdcəsi olan filmin reklamına əlavə milyonlarla pul xərcləyirlər ki, istehsal etdikləri məhsulu sata bilsinlər. Nəticədə 100 milyonlarla dollar gəlir əldə edilir.

 

  Zaur Əliyev AMEA-nın əməkdaşı Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

 

Siyasi fəlsəfə doktoru

 

 

KarabakhINFO.com 

08.02.2013 10:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*