Azərbaycanca

Azərbaycana sadiq qəhrəman – Asif (Fred) Məhərrəmov – FOTOLAR

26.07.2013 | 14:14

1374835699_fred_asif“Ay uşaqlar,bilin,bu torpaqdan başqa bizə yer yoxdu! Qeyrət də,namus da, xətir-hörmət də,qarasaqqal da,ağsaqqal da bu torpaqdadı! Bu torpaqdan o yana çıxdınız,hamısını itirəcəyik

 

Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif)

 

Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub.1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur. Haqq, Ədalət, Namus, Qeyrət prinsipləri ilə yaşayan Asifin həyat yolu hamar olmur.

Asif Məhərrəmovun Fred ləqəbi alması haqqında dostları danışır ki, Hələ yeniyetmə yaşlarında “Birinci vur, Fred” adlı fransız filminə dəfələrlə baxmışdı. Çox sevirdi bu filmi. Dostları ona “sən Fred kimi vuruşursan” deyirdilər. Kənddə kasıb ailədə idman məktəbinə getməyə imkanı olmasa da, özünün qumla doldurduğu kisəni yumruqlaya-yumruqlaya əsl idmançı görkəmi almışdı. Asif el dili ilə desək, vurub-yıxan igid olmuşdu. Fredin hərfi tərcüməsi sədaqətli dost deməkdi.

Eyni zamanda onu tanıyanlar Asifin uşaqlığdan haqq axtardığını, haqqı müdafiə etdiyini deyirdilər. Haqqı axtardığına, haqlı olanları müdafiə etdiyinə görə, ömrünün ən gözəl illərini həbsxanada, dəmir barmaqlıqlar arasında keçirdi.

Azərbaycana sadiq qəhrəman - Asif (Fred) Məhərrəmov - FOTOLAR1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il  həbs cezası verilir. 9 ayını həbsxanada keçirir,. yerdə qalan vaxtı isə məcburi əməklə  əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində “Təcili yardım” maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Həbs cəzasını qurtaran Asif azadlığa buraxılır.

Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar. Bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. O zaman Asif “Haqq cəbhəsi”ni yaratdı.  Əvvəlcə 5 avtomat olub “Haqq cəbhəsi”ndə. Sonradan avtomatlarımızın sayı 17-yə, daha sonra 34-ə çatdı. Elə olub ki, 34 silahla 80 nəfər döyüşə gediblər.  92-ci il yanvarın 31-də Xramortu alanda. Hamı çaşıb qalmışdı ki, neynəyək, silah yoxdu. Asif deyirdi ki, hər silahın böyründə 3 adam olsun. Birinə güllə dəysə, o biri götürsün. Hamı da razılaşdı. Uşaqlar döyüşə bir dənə qumbara ilə gedirdi. Bu, komandirə olan inamdan irəli gəlirdi.

 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. O, Müdafiə Nazirliyinin 05.03.1992-ci il tarixli,056 N-li əmri ilə Məhərrəmov Asif Yusif oğlu 07.03.1992-ci tarixindən N saylı hərbi hissənin komandiri təyin edildi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda tarixdə misli görünməmiş vəhşiliklə soy qırımı həyata keçirdilər. Dinc əhalini süngüdən keçirən erməni-rus silahlılaları körpə uşaqlara belə rəhm eləmədilər. Həmin gecə Ağdamın özünümüdafıə batalyonlarının ciddi cəhdlərinə baxmayaraq Xocalı şəhəri işğal olundu, yüzlərlə insan qətlə yetirildi, minlərlə dinc Xocalı sakini əsir götürüldü. O gecə Fred Asifın də batalyonu Xramord istiqamətindən ermənilərə zərbələr endirərək bu faciənin qarşısını qismən də olsa almağa çalışdı, lakin bu mümkün olmadı. ümumiyyətlə, müharibə ərzində Fred Asifın batalyonu 142 şəhid verdi, onlarla igid döyüşçü yaralandı. Batalyondan iki nəfər “Azərbaycanın Mili Qəhrəmanı” fəxri adına, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeninə, dörd nəfər isə “İgidliyə görə” medalına layiq görüldü. “Azərbaycanın milli qəhrəmanı” adına layiq görülənlərdən biri Fred Asif idi. 1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən təltif olunan Fred Asif bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu:

– Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq

O,bu rütbəni birbaşa almışdı.Üstəlik peşəkar hərbçi də deyildi.Yalnız ətrafındakı insanları döyüşə hazırlamaq bacarığı və cəsarətli xarakterinə görə ona məhkumluğu olmasınaAzərbaycana sadiq qəhrəman - Asif (Fred) Məhərrəmov - FOTOLAR baxmayaraq birbaşa polkovnik-leytetant rütbəsi verilmişdi.1992-ci ildə məhz Asifin rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif, müalicə olunduqdan sonra, yenidən cəbhəyə qayıdır.

Fred Asif haqqında Mustafa Çəmənli yazır:

1992-ci aprel.Füzulidə vəziyyət olduqca pisləşmişdi.Camaat çox narahat idi.Yuxarıdan heç bir kömək yox idi.Xocavənd ətrafından Azərbaycan kəndlərinə od yağdırırdı ermənilər.Söhbət gəzirdi ki,erməni Fizulini almaq üçün güclü hücuma hazırlaşır.Füzulidən bir nəfər gəlmişdi Asifin yanına:

-Qardaş,Asif,əlac sənə qalıb.

Asif üzünə dikilmiş baxışlarda səksəkəli ömür sürən,hər an ölümlə üzbəüz qalmış adamların üzüntüsünü duyurdu.

-Qayıt evinə.Axşam gəlim,görüm.Lap qudurğanlığa başlayıblar.

1991-ci ilin axırlarında Asif 40 stvolluq iki “Qrad” qurğusu ələ keçirmişdi.O vaxt heç bir könüllü dəstədə Qrad yox idi.Ruslar gecə-gündüz Asifin gizlətdiyi Qradları axtarırdı.Yaxın silahdaşları yaxşı bilirdilər ki,Asif-Axşam “Qaranquş”ları gətirin deyəndə nəyi nəzərdə tuturdu.

Asif göstərişi ilə gecə “Qaranquş”lar pusquya gətirildi.Fred əllərini qaldırdı göyə sarı:

-Ya Seyidlazım ağanın cəddi,mənim atdığım mərmilər nə uşağa,nə qadına dəyməsin!…Atəş!!

Yer-göy lərzəyə gəldi elə bil.Qrad yağışı Çartaz,Qirmızıbazar,Xocavəndə tuşlanmışdı.

Səhəri,Moskvanın “Vesti” proqramı dünyaya car çəkdi ki,ermənilərin yaşadığı,Çartaz,Qırmızıbazar,Xocavənd kəndi darmadağın edilib..

Beləliklə Füzuliyə hücüm ləngidi..

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də,  dünyasını dəyişib. Qarabağsızlıq dərdi onu şəhidlik zirvəsinə ucaltdı. Asif xəstəlikdən dünyasını dəyişmədi. Asif (Fred) illərdən bəri çəkdiyi vətən həsrəti, ədalətsizlik və doğma yurdunun düşmən tapdağında qalmasına dözmədi. Asif (Fred)  Məhərrəmov Qarabağ müharibəsində soyuqdan, güllədən qorxmadı. Onun qorxduğu torpaq itkisi idi. Ona görə də o əqidəsinə sadiq qaldı, dözmədi vətənsizliyə. Asif (Fred) Allaha, Azərbaycana sadiq qaldığı kimi.

  Fred Asifi 42 yaşında 1994-cü il yayın göydən od yağan istisində II Şəhidlər Xiyabanında məzara endirilən anda səmada qəflətən ağ göyərçinlər peyda olur. Çoxsaylı insanların göyə zillənmiş baxışlarının hüznlü heyrəti ilə məzar üzərində həmin göyərçinlər dəfələrlə dövrə vurub, gözdən itirlər.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.  “General Məhəmməd Əsədov” mukafatına layiq görülmüşdür.

   Heydər Əliyevin xüsusi tapşırığı ilə Asif Məhərrəmovun cənazəsi vətənə gətirilərək Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var.  Adı orta məktəb dərsliyinə salınıb.

Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

26.07.2013 14:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*