Azərbaycanca

Azərbaycana yeni ərazi iddiasına tarixçilərdən cavab

24.05.2013 | 14:06
1369389562_elmCəmil Həsənli: “Gəncədə erməni izi, yaxud kürd amili axtarmaq tamamilə mənasızdır
 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərin Azərbaycana qarşı yeni ərazi iddialarını əks etdirən xəritə aşkarlayıb. G. Baxşəliyeva jurnalistlərə bildirib ki, yeni aşkarlanan xəritədə Azərbaycan torpaqları işğal altında olan erməni əraziləri kimi təqdim edilir.
Deputat qeyd edib ki, xəritədə hətta Gəncə, Bərdə və digər ərazilər də erməni torpaqları kimi təqdim edilib: “Həmin xəritə ermənilərin nə qədər irəliyə gedən planlarının olduğunu bir daha göstərir. Onlar Dağlıq Qarabağa və onun ətraf rayonlarının hamısına erməni adları qoyublar. Azərbaycan alimlərinin ermənilərin belə əsassız iddialarına cavab verməsi çox vacibdir. Hazırda bu istiqamətdə iş aparılır”.
G.Baxşəliyeva onu da qeyd edib ki, yaxın zamanlarda ermənilərin Qafqaza gəlmə millət olduqlarını sübut edən xəritələr toplu halında çap olunacaq. O, Türkiyədən də bır sıra xəritələr gətirildiyini və ABŞ-dan tarixi xəritələrin gətirilməsi üçün iş aparıldığını vurğulayıb: “Bütün tarixi xəritələr toplandıqdan sonra ətraflı məlumatlarla birgə 3 dildə – Azərbaycan, rus və ingilis dillərində kitab şəklində çap olunacaq”.
Azərbaycana yeni ərazi iddiasına tarixçilərdən cavabTarix elmləri doktoru Cəmil Həsənli “Gündəlik Teleqraf”a bildirib ki, bu cür iddialar tarixdən xəbəri olmayan adamların söhbətləridir: “Gəncə tarixən azərbaycanlıların, türklərin, müsəlmanların yaşadığı tarixi şəhər, mədəniyyət mərkəzi olub. Bu mədəniyyət mərkəzinin bütün məzmunu və təfərrüatı türklərə məxsusdur. Burada erməni izi, yaxud kürd amili axtarmaq tamamilə mənasızdır”.
C. Həsənli qeyd edib ki, bu məsələlər Azərbaycan tarixində kifayət qədər əsaslandırılıb: “Tarixlə bağlı yazılmış əsərləri dünyaya çıxarmaq lazımdır. Xarici dillərdə çap olunmalı, dünya məlumatlanmalıdır. Beynəlxalq kataloqlara daxil olmalıdır ki, insanlar məlumatlı olsunlar”.
Onun sözlərinə görə, arxeoloji, etnoqrafik, siyasi, iqtisadi, mədəni tarix baxımında kifayət qədər yazılmış kitablar var: “Ermənilər yalan uydurub sonra özlərinin uydurduğu yalana inanmağın ustasıdır”.
Azərbaycana yeni ərazi iddiasına tarixçilərdən cavabTarixçi, Milli Məclisin üzvü Musa Qasımlı vurğulayıb ki, Gəncə şəhərinin ermənilərlə heç bir bağlılığı yoxdur: “Ermənilərin Gəncəyə və Yelizavetpol quberniyasına köçürülməsi 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra başlayıbr. Yəni indiki Dağlıq Qarabağ ərazisində və Gəncənin bir sıra yerlərində ermənilər məskunlaşdırılıblar. Ermənilər Cənubi Qafqazda yerli xalq deyillər. Onlar gəlmədir. Aborigen xalqa məxsus olan əlamətlər ermənilərdə yoxdur”.
Onun sözlərinə görə, ermənilərin bu iddiaları irəli sürməsi Ermənistanın təcavüzünü ört-basdır etmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq, diqqəti əsas hədəfdən yayındırmaq məqsədi güdür”.
Nərgiz
teleqraf.com
24.05.2013 14:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*