Azərbaycanca

Azərbaycanda Sərhəd xidmətindən bəhs edən ilk roman yazıldı – FOTO

20.11.2012 | 16:28

1353414526_kitabsekliŞair, ssenarist Əvəz Qurbanlının hərbi-vətənpərvərlik mövzusunda yazdığı “Canlı dirəklər” adlı ilk roman bugünlərdə işıq üzü görüb. Kəskin süjetli, konfliktli səhnələrlə zəngin olan əsərdə Sərhəd qoşunlarımızın yaxın tarixində baş vermiş hadisələrdən bəhs olunur, sərhədçilərimizin göstərdikləri fədakarlıq nümunələrindən söhbət açılır.

Qeyd edək ki, “Canlı dirəklər” Sərhəd qoşunlarımızın yaxın tarixi ilə bağlı yazılmış ilk romandır.Əvəz Qurbanlı 1976-cı ildə Saatlı rayonunda anadan olub. AYB-nin üzvüdür. 2006-cı ildə “Təzə zarafat” satirik və lirik şeirlər kitabı çapdan çıxıb. “Canlı dirəklər” müəllifin işıq üzü görən ikinci kitabıdır.

Ə.Qurbanlı eyni zamanda jurnalistika fəaliyyəti ilə də mətbuatda tanınır. Hazırda Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətinin rəhbəridir.

 

20.11.2012 16:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*