Azərbaycanca

Azərbaycanda “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına başlanılıb (FOTO)

28.01.2015 | 12:57

qht_tegdimat_280115_01

Azərbaycanda BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına başlanılıb

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Trend-ə istinadən xəbər verir ki, bu gün Trend Beynəlxalq İnfromasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrup petisiyanın təqdimatını keçirib.

 

 

 

 

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, yanvarın 19-da QHT-lərə Dövlət Dəstəyi Şurasının iclasında 20 Yanvar hadisələri və Azərbaycan həqiqətlərinin beynəxlaq ictimaiyyətə çatdırılması üçün İşçi Qrupun yaradılması qərara alınıb. Yeni yaradılan İşçi Qrupa Azərbaycanda fəaliyyət göstərən 17 QHT rəhbəri daxil edilib.

 

 

 

Ş.İsmayılov deyib ki, “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası ilə yanaşı, 20 Yanvar həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması üçün də petisiya aparılır. Məqsəd Xocalı hadisələrinin iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılması, 20 Yanvar həqiqətləri barədə dünya ictimaiyyətinin daha düzgün informasiya almasıdır.

 

 

 

Onun sözlərinə görə, 100 min imzanın qısa müddətdə toplanılması planlaşdırılır: “İşçi Qrup dövlət qurumları, siyasi partiyalar, mətbuatla işləməklə 100 min imza toplamağı planlaşdırır. 100 min imza toplamqla Ermənistan hökumətinə prezidentinə bu sahə üzrə psixoloji və təzyiqlər etməyə çalışılacaq. Әsas məqsəd vahid mövqeyi göstərmək və bu məsələdə Azərbaycan xalqının bir mövqedən çxıış etdiyini göstərməkdir”.

 

 

 

Ş.İsmayılov bildirib ki, petisiyada yalnız Azərbaycan deyil, xarici ölkə vətəndaşlarının da iştirakı nəzərdə tutulur. Bu təbliğat xarakterli işləri görmək üçün başqa ölkələrdə olan tərəfdaşlar və bir sıra nüfuzlu təşkilatlara petisiya hazırlanan linklər və məlumatlar göndəriləcək.

 

 

 

Petisiya www.avaaz.org saytında həyata keçirilir.

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

28.01.2015 12:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*