Azərbaycanca

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı tələblərinin araşdırılması ilə bağlı mətbuat konfransı keçirib

21.09.2015 | 16:05

unnamed

Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa Parlamenti (AP), Avropa Şurası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(DTIHB) seçkiləri müşahidə missiyaları bu prosesdə iştirak etmiş, öz rəy və tövsiyələrini bildirmişlər. ATƏT/DTİHB Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın 31 avqust 2015-ci ildə tərtib etdiyi Hesabatda (12-14 avqust 2015-ci il) beynəlxalq təşkilatların əvvəlki illərdə irəli sürdükləri tövsiyyələrin bir hissəsi təkrar olunmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır.

Yuxarıda adları çəkilən beynəlxalq qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, bundan başqa bu rəylərlə bağlı müxtəlif yanaşmaların mövcudluğu onların müqayisəli təhlilini zəruri edir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci ilin noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı geniş fəaliyyət proqramı həyata keçirir. Bu fəaliyyət proqramı çərçivəsində assosiasiyanın ekspertləri “Azərbaycanda 2015-ci il 1 noyabr parlamet seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın hesabatına dair ANALİTİK TƏHLİL” adlı sənəd hazırlayıb. Sənəddə aşağıdakı məsələlər əhatə olunub:

• Gender bərabərliyi

• Seçki komissiyaları

• Müraciət prosedurları

• Namizədlərin qeydiyyatı prosesi

• Toplaşma azadlığı

• QHT-lərin seçki monitorinqi

• Diffarmasiya qaydaları

• Mətbuat

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(DTIHB) yuxarıda qeyd olunan məsələlərlə bağlı tövsiyyələrini qərb ölkələrini təcrübəsinə əsasən müqayisəli təhlili göstərir ki, bu məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunları təkmildir və qərb standartlarına uyğundur. Azərbaycana tövsiyə olunan dəyişikliklərin qərb ölkələrinin təcrübəsi ilə uzlaşmaması bir daha sübut edir ki, beynəlxalq qurumlar ölkəmizə aid digər məsələlər kimi, seçki məsələlərinə də ikili standartlarla yanaşırlar.

 

AVCİYA Seçki Qərargahının Mətbuat Xidməti

21.09.2015 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*