Azərbaycanca

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı Müraciəti

07.04.2016 | 17:12

_MG_5530_MG_5591_MG_5657_MG_5622_MG_5603_MG_5648

AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət edildi.

Bu Müraciətlə ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində 23 il ərzində heç bir nəticə əldə etmədiyi bəyan edilir, AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın  işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.

Hörmətli həmvətənlər və dünya türkləri,

AVCİYA olaraq və petisiyanın qeydə alınması üçün ən azı 100 min nəfərin müraciəti (elektron) imzalaması zərurətini nəzərə alaraq, Sizə müraciət edirik:

İşğalçı Ermənistanı bütün dünyada ifşa etmək üçün;

Son günlər təmas xəttində Ermənistan təxribatlarının artması və bu təxribatların qarşısının alınması istiqamətində aparılan hərbi əməliyyatlara, vətən uğrunda mübarizəyə dəstək, Ermənistan dövlətinin çirkin informasiya hücumlarına qarşı birləşmək üçün;

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün milli həmrəyliyin vacibliyini nəzərə alaraq;

Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin işğaldan azad olunmasına dəstək olmaq üçün;

Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtması naminə

Bu petisiyanı imzalamağa və mümkün vasitələrlə bu məlumatın daha geniş auditoriyada yayılmasına yardım etməyə çağırırıq.

 

Petisiyaya bu linkdən səs verin:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

07.04.2016 17:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*