Azərbaycanca

Azərbaycanda yaşayan erməni xanım danışır…

10.09.2012 | 15:58

???????????????????????????????Azərbaycanda yaşayan erməni xanım danışır…   Bu gün sizinlə erməni kimi doğulmaqdan utanan, amma azərbaycanlı kimi öləcəyi ilə fəxr edən Firuzə xanımın həyat yoluna işıq salacağıq.   Əziz oxucularımız, ilk olaraq diqqətinizə onu çatdırım ki, Firuzə xanım müsahibə vermək istəmirdi. Nədənini soruşdum çiynini çəkdi. Nəhayət razı saldım. Amma onu da deyim ki, özümə də çox maraqlı idi onun həyat yolu… 

Qubalı qonşumuz onun haqqında çox danışırdı, yaxşı adamdı deyə. Özü – özümə fikirləşirdim görəsən, erməninin də yaxşısı olur ? Necə olur ? Firuzə xanım indiki, 162 nömrəli məktəbdə neçə illər Kimya müəllimi işləyib. Qonşumuz Sevil xanımın da müəllimi olub. O, özünü Firuzə Məmmədova deyərək belə təqdim etdi. Əslində isə onun adı Lidiya Vadinagiyeviçdir. O, 1964 – cü ildə Baravat kəndində anadan olub. Ailədə altı uşaq olublar. Dörd bacı, iki qardaş. – Firuzə xanım, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdə bir erməni kimi özünüzü də günahkar hesab edirsinizmi? – Xeyir, Mən o millətin nümayəndəliyindən çoxdan çıxmışam. Onları istəsəydim, qəbul etsəydim Azərbaycanda nə gəzirdim? Niyə vətənim Azərbaycandır deyirəm? – Məcbusunuz yəqin. Övladlarınız, həyat yoldaşınız var. – Xeyr, mən Ermənistana ancaq qonaq getmişəm. Daim Bakıda olmuşam. Ailəm uşaqlarım və mən azəbaycanlıyıq. İllərlə Azərbaycan məktəbində işləmişəm. Mən erməni oluram onda? Adımı , soyadımı, hətta dinimi belə dəyişmişəm. Vallah qızım qəzəbini anlayıram. Mən də istəməzdim belə hadisələr olsun. Uşaqlar atasız – anasız, gəlinlər ərsiz, analar – atalar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qalsın. – Sizin valideyinləriniz kim olub? – Xoşuna gəlməyənlərdən (gülür). Öz aramızdı görün həqiqətən bunlar neçeə millətdi. – Deyirsiniz uzun illərdir Azərbaycabdayam. Niyə vətəniniz yox, Azərbaycan? – Mən daim Bakıda yaşamışam, oxumuşam, işləmiəm və Azərbaycanlı ilə ailə qurmuşam. O vaxtlar müharibə yoxuydu. Hamı meriban dolanırdı. Birdən- birə məlum olaylar başladı. Burda bizim günahımız nədi? – Siz Ermənistandakı valideynləriniz, qohumlarınızla görüşürsünüzmü?.. – Xeyir (Firuzə xanımın gözləri dolub). Nədənsə narahatamsa anam tez -tez yuxuma girir. Atamı həmişə cavan xatırlayıram. Darıxıram. Şəkillərlə təsəlli tapıram. Mənd ə lənət oxuyuram bu müharibəni salanlara. Mən də əzilərimi itirmişəm nə olsun soyum – köküm ermənidir. Ancaq əlaqəm yoxdu. Bir bacım burdadır. O, da azərbaycanlı ilə ailəlidir. Uşaqları, nəvəsi yaşıyıb gedirik. Həyanıq bir – birimizə. O, da mənim kimi Azərbaycanı sevir. Həmişə danışanda deyir nə yaxşı biz burdayıq. Bu torpağın havasını udub, suyunu içib, torpağında gəzirik. Biz ailəmizin ən şanslı uşaqlarıyıq. İslam dinindədir o bacım. Namazı, quranı, hicabı. Bir sözlə, Azərbayacan aşiqidir. – Neçə oldu Azərbaycanlı ilə ailə qurdunuz? – Sevdik , evləndik. Həyat yoldaşım tələbə yoldaşım olub. Hələ onda belə söz – söhbətlər yoxuydu. Təzə- təzə mənim həyat yoldaşımın ailəsi məni heç cür qəbul etmirdi. Sonralar uşaqlarımız oldu yavaş – yavaş isinişdik. Bu gün artıq mənim ailəm onlardı. Özüm nənəyəm nəsil – kök qaynıyıb qarışmışıq. Azərbaycan ənənələrini yerinə yetirən bir gəlin oldum. Bu xoşbəxt ailədə dörd övladımı da azərbaycanlı ruhunda böyüdüb, boya-başa çatdırmışam. Maşallah, ailələri, övladları, işləri… Mən ailəm üçün hər şey edərəm. Fədakarlıqsa, fədakarlıq, ölümsə ölüm. Heç kim mənə ailəmdən üstün olmadı, ola da bilməzdi. Hətta valideyinlərimdə… – Firuzə xanım olubmu ki, bir küncə çəkilib əzizləriniz üçün ağlamısınız? – Bəli, həm də çox. Övladlarımın toyunda, xəstələnəndə… – Peşmansınızmı Azərbaycanı seçdiyinizə görə?.. – Əsla. Övladlarıma canım da qurbandı. Onlar üçün hər çətin yola gedərəm. Mən xoşbəxtəm ki, talehimə Azərbaycanda yaşamaq yazılıb. Onsuzda mən öz vətənimə qabaqlar da olanda ancaq qonaq gedib gəlirdim. Ora heç cür öyrəşə bilmirdim. Nə olursa, xeyirliyə olur. – Firuzə xanım iki övladınız var. Siz övladlarınızı vətən – Azərbaycan yolunda qurban verərsinizmi? – Çətin sual oldu bu… övlad alınmaz, satılmaz , əvəzi yoxdu. Düzünü deyim ki, mən vətənpərvər deyiləm. Əgər elə olsaydım, Bakıda qalmazdım. Ancaq inansanız da inanmasanız da Azərbaycanı sevirəm. Aşiqəm yar kimi. Bilirsiniz bu xalqın çatışmayan bir şeyi yoxdur. Allah Azərbaycan xalqınnan heç bir şeyi əsirgəməyib. Qonaqpərvərliyi, mehribanlığı, evdarlığı, xanımlığı, qeyrəti, namus da ki, öz yerində. Bir sözlə, hər tərəfli millət əllə sayılacaq qədərdir. Onlardan da birincisi azərbaycanlılardır. Burda yaşadığım üçün yox, qəlbimdə sevgim var bu xalqın onuruna , qüruruna. Mənim əvvəlki, soyum – köküm utanılacaq qədər çörəyi dizinin üstündə olan xalqdır. Mən kimsədən qorxmuram onu bilirəm ki, düzgün xalq, millət azərbaycanlılar kimi olmalıdı. – Sizin kimi erməni xanımlar Azərbaycanda çoxdu, yəqin xəbəriniz var. Əlaqəniz necə, varmı onlarla?.. – Yox. Bilirsiniz mənim rəfiqələrim ancaq azərbaycanlılardı. Mən əvvəlindən ermənilərlə sözüm düz gəlmirdi. Birdə ki, mən həmişə istəmişəm qabağa gedim. Yerində saymaqdan xoşum gəlmir. Sizin insanlar əmək sevərdi. Mən sizdən çox şeylər öyrənmişəm. Ən birinci evdarlığı. Xanımlarınız möhtəşəmdir. Kişilərinizə qeyrətdə namusda çatan yoxdu. Elə xalqlar var ki, onlarda namus , ar sözü yoxdu. Belə xalqdan xalq olar? Əsla! Ancaq Azərbaycanda balaca oğlan uşağına kişi ol,qız uşağına abırlı ol deyə tərbiyyə edirlər. – Sülh olsa öz əzizlərinizə qovşsanız ilk sözünüz nə olar? – Niyə bizimlə qalmadınız? Sonra da çoxlu qucaqlayıb ağlayaram. Çox darıxıram atam – anam üçün. – Övladlarınıza valdeyinlərinizinizin adını vermək keçib heç ağlınızdan? – Yox o adlar çox qəribədir e… İstəmərəm axı uşaqlarım azərbaycanlıdı. Ataları da qoymazdı. Özüm də istəmərəm. Jalə, Hüseyn, Fərid, Fatimə. Yoldaşım qoyub adlarını. – Ermənilərlə azərbaycanlıların barışması mümkündür? Əgər mümkündürsə, onda bunu etmək üçün hər iki tərəf hansı addımları atmalıdır? – Məncə barışması mümkün deyil. Sadəcə ermənilər üzr istəyib, bağışlanmaqları üçün dəridən qabıqdan çıxmalıdırlar. Hər bir insandan üzr istəməlidirlər, fərd olaraq. Əlbətdəki, ilk addımı ermənilər atmalıdır. Bu qədər bəlalar edib səhvliklər törədiblər. – Ermənilərin etdiyi hiylələri necə bilmək olar? – Heç cür! 28 yaşım varıydı. Getdim anamgilin yanına. Yolda öz millətim mənim nə qədər pulumu oğurladı. Mən o millətin nümayəndəsi ola – ola bilmirəm onların hiyləsini siz hardan bilə bilərsiniz. Bilsəydiniz heç bu müsübətləri yaşamazdınız. Bu gün mən də sizin qarşınızda aciz durub, eks xalqım adından utanmazdım. Dansam da, nə etsəm də bir qara kölgə kimi ömrüm boyu məni izləyir. Mən çox utanıram onlara görə… Azərbaycanı sevmişəm daimdə sevəcəyəm.    

 

  Aysel Talıblı – 

 

10.09.2012 15:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*