Azərbaycanca

Azərbaycanı efirdən HƏDƏLƏDİ

08.02.2016 | 19:49

405459

“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov Rusiyanın Qarabağ kartını yenidən oynayacağını hesab edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə o, “Personalno vaş” verilişinin gedişatında bildirib.

Vinediktov BBC-nin Üçüncü Dünya müharibəsi haqqında filmini şərh edərkən Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı, Qarabağ problemlərini xatırladıb.

“Bunun real problem olduğunu anlamaq lazımdır. Uşaqlar, bir daha, BBC – diqqətli insanlardır. Bundan başqa… Mən axşam Qorbaçovun köməkçisi, Çernyayevin kitabını oxuyub bitirdim. O, Qorbaçovun 1991-ci ildə və ya 90-cı ildə İtaliyaya səfərində yazırdı: “Mən narahatlığı başa düşmürdüm, niyə görə insanlar küçədədirlər… onlar qarşılayır, “ura” qışqırır, özlərini maşının altına atırdılar… xəz geyimli qadınlar, yəni bunlar fəhlə sinfi deyildi. Sonradan anladım: onlar real olaraq bizdən qorxurdular, onlar real olaraq bombardmandan sığınacaq yerləri tikirdilər…

Biz gülüb keçirdik. Onlar isə real olaraq sığınacaq tikirdilər, real olaraq sovet ordusundan qorxurdular. Qorbaçov bu qorxunu yox etdi”.

Bu həmin əhvalatdır – indi burada gördüyün – imkandır. Osetiya, Abxaziya, Krım, Donesk, Dnestryanı, Qarabağ arxada qaldığı halda… Biz Qarabağ kartını bir daha oynayacağıq.

Biz bu kartı bir daha oynayacağıq – yerli əhalini düşünməyəcəyik – bunu unudun. Biz vətənpərvərlik, geosiyasi problemlərimizi bax bu yolla həll edirik.

Mən bir daha deyirəm, əgər 10% mövcuddursa, bilin ki, bu ciddi 10%-dir, dəyərli 10%-dir. Ona görə də mən BBC-nin filminə siyasi fantaziya kimi yanaşmadım, xeyr, mən buna çox ciddi yanaşdım”, – o qeyd edib.

Milli.Az

08.02.2016 19:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*