Azərbaycanca

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi: ATƏT sədrini itkin düşmüş şəxslərlə bağlı məsləhətləşmələr keçirməyə çağırırıq

17.04.2015 | 12:03

arton107483-281x180

“İtkin düşmüş şəxslərlə bağlı məsələ ciddi humanitar problemlərdən biri olaraq qalır, yaxınlarının taleyi barədə məlumat gözləyən minlərlə insanın həyatına təsir etməkdə davam edir”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin  ATƏT Daimi Şurasının 16 aprel tarixli iclasına müraciətində deyilir.

Müraciətdə iclas iştirakçılarının diqqəti Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə münaqişə zonasında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinə dair əldə edilmiş razılaşmaya çəkilib: “Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 4500-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat yoxdur. Bu kontekstdə Azərbaycan sözügedən razılaşmanın həyata keçirilməsinə xüsusi əhəmiyyət verir və bunu minlərlə insanın on illərlə davam edən əzablarının yüngülləşdirilməsi istiqamətində vacib addım hesab edir. O şəxslərin öz qohumları barədə məlumat almaq hüquqları beynəlxalq hüquq normaları ilə təsbit olunub. Biz həmçinin inanırıq ki, bu razılaşmanın siyasiləşdirmədən həyata keçirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə uzunmüddətli həlli üçün vacib addım olacaq”.

Məlumatda deyilir ki, ATƏT Daimi Şurasında son görüşdən sonra Azərbaycan nümayəndə heyəti bu razılaşmanın həyata keçirməsi istiqamətində mümkün praktik addımları müəyyənləşdirmək üçün ATƏT-in Minsk qrupu ilə dəyirmi masa keçirib: “Bu görüşlər zamanı həmsədrlər Ermənistan tərəfinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslərlə bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlığa hazır olduqlarını təsdiq ediblər. Ermənistanın BQXK və ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə məlumatların mübadiləsi şərtlərini təyin etmək işində konstruktiv iştirakı üçün ən yaxşı vaxtdır. Biz ATƏT-in bu istiqamətdə xüsusi rol oynadığına inanırıq və Ermənistanla Azərbaycan arasında itkin düşmüş şəxslərlə bağlı razılaşmanın həyata keçirilməsi üçün dəstəyini artırmaqla bağlı çağırışımızı təkrarlayırıq. Biz ATƏT-in fəaliyyətdə olan serbiyalı sədrini məsələ ilə bağlı münaqişə tərəflərinin nümayəndələri və BQXK təmsilçilərinin iştirakı və ATƏT-in Minsk qrupunun dəstəyi ilə məsləhətləşmələr təşkil etməyə çağırırıq”.

Apa.az

 

17.04.2015 12:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*