Azərbaycanca

Azərbaycanın bütün məscidlərində şəhid əsgərlərin xatirələri yad olunacaq

03.08.2014 | 09:01

2b10c9f0f450b0adfa88ef17db79bc4bQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə avqustun 3-də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Azərbaycan ordusunun Vətən torpağı uğrunda şəhid olmuş əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.

 

“KarabakhİNFO.com”

03.08.2014 09:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*