Azərbaycanca

“Azərbaycanın hər bir qarış torpağı azad olunana qədər…”

19.09.2014 | 16:13

d0307179ecc0f5de11f1760a9575a69e“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirib. Görüşdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış ediblər. Türkiyəli Baş nazir öz çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub:

 
“Qarabağ problemi və Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirdikcə bütün layihələrin xaricində qalır. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsə, bu çərçivədə sülh bərpa edilsə, bundan digər ölkələr kimi, Ermənistan da istifadə edə bilər. Bakıda Türkiyə Respublikasının Baş Naziri olaraq deyirəm ki, Azərbaycan torpaqlarının hər bir qarış torpağı azad olunana qədər Türkiyə Azərbaycanın apardığı mübarizənin yanında olacaqdır. Beynəlxalq hüquq bunu belə deyir. Azərbaycana qarşı ediləcək hər hansı bir haqsızlığa görə Türkiyə də lazımi cavabı verəcəkdir. Azərbaycanın ürəyinə düşən ən kiçik bir od, Türkiyənin ürəyinə düşmüş kimidir.

 
İyul ayında cəbhədə baş verən qarşıdrumalarda Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizə Allahdab rəhmət diləyirəm. Yaralılara isə tezliklə sağalmalarını arzu edirəm”.

 

 

“KarabakhİNFO.com”

 

 

19.09.2014 16:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*