Azərbaycanca

Azərbaycanın icazəsi olmadan Qarabağa gedənlərə viza verilməyəcək

02.07.2014 | 13:01

1404291255_bahar-muradova“Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa gedənlərə viza verilməyəcək”. Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT PA-nın Bakıda keçirilən iclasında deyib.

 

Millət vəkili iclas zamanı viza ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, viza məsələsi ilə bağlı burada gətirilən arqumentılə qətiyyən razı deyil: “Azərbaycanın sərhəd qanunlarını pozaraq Dağlıq Qarabağa səfər edən şəxslərə viza verilir. Mən anlmıram ki, ikili standartlar bizim təşkilatda bu qədərmi üstünlük təşkil edir?! Viza verilməməsinə görə Azərbaycanda tədbirlərin keçirilməməsini təklif edirsiniz. Bütövlükdə dövlətə və Azərbaycan xalqına qadağa qoyulur. Bir nəfərin bu zala buraxılmamasına görə Azərbaycanda tədbirlərin keçirilməməsini təklif edirsiniz. Belə standart olmaz. Həmkarlarımız məntiqli çıxış etsinlər. Təşkilatımızın daxili qaydalarını öyrənsinlər və belə təxribatlara yol verməsinlər.”  

 

 

“KarabakhİNFO.com” 

02.07.2014 13:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*