Azərbaycanca

Azərbaycanın məğlub olmaq təhlükəsi yoxdur

25.09.2013 | 11:35

1380093890_elman-nasirovRusiyanın Siyasi və Hərbi Analizlər Məktəbinin direktor müavini, politoloq Aleksandr Xramçix Dağlıq Qarabağ haqqında fikirlər səsləndirib. Aleksandr Xramçix Azərbaycanın bu cür vəziyyətə uzun müddət dözməyəcəyini vurğulayıb. Rusiyalı politoloq Dağlıq Qarabağda müharibənin qaçılmaz olduğunu hesab edir.

Onun sözlərinə görə, gec-tez müharibə baş verəcək. Politoloq müharibə olacağı təqdirdə Rusiyanın müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən qeyd edib ki, əgər müharibə Dağlıq Qarabağ ərazisində baş verərsə Rusiya müharibəyə müdaxilə etməyəcək, yox əgər müharibə Ermənistan ərazisinə də toxunsa Rusiyanın müdxailə etməməsi çətin olacaq. Rusiyalı politoloqun bu fikirlərinə siyasi elmlər doktoru, professor Elman Nəsirov münasibət bildirib.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına verdiyi açıqlamada professor Elman Nəsirov rusiyalı politoloqun bu fikri ilə razılaşdığını qeyd edib:“Hesab edirəm ki, rusiyalı ekspertin bu fikirləri düzgün fikirlərdi, halbuki Ermənistan tərəfi bu yanaşmaları heç zaman qəbul etmir. Azərbaycan tərəfi dəfərlərlə bildirib ki, biz Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı yalnız Dağlıq Qarabağ ərazisində müharibəyə başlaya bilərik və belə olan vəziyyətdə heç bir halda Rusiyanın Ermənistan tərəfindən müharibəyə qoşulmağa hüquqi əsası yoxdur. Əgər Azərbaycan Ermənistanın sərhədlərini keçib Ermənistan ərazisində müharibə aparsaydı bu halda KTT-nin və eyni zamanda başda Rusiya olmaqla hüquqi əsas olardı ki, Ermənistanı müdafiə etsinlər. Bu baxımdan mən rusiyalı ekspertin bu yanaşması ilə şərikəm. Yəni Azərbaycanın Dağlıq Qarabağ ərazisində öz suverenliyini bərpası ilə bağlı müharibə aparması, nə Rusiyanın əleyhinə, nə də KTT-nin əleyhinə olmayacaq. Çünki qondarma Dağlıq Qarabağ Respublikasını heç kim tanımayıb. Hətta Ermənistan da tanımayıb. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan öz ərazisində müharibəni seperatçılara qarşı apara bilər”.

 

Müharibə təhlükəsinin reallığı ilə bağlı məsələyə gənc professor bu cür münasibət bildirib: “Son zamanlar Ermənistan mətbuatında belə bir tezislər geniş yayılıb ki, guya 2014-cü ildə ABŞ və müttəfiqləri Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra Mərkəzi Asiyadan keçməklə Cənubi Asiyaya gəlib çatacaq. Oradan da Cənubi Qafqaza gələcək. Cənubi Qafqazdan isə ABŞ-a qayıtmayacaq. Bu zaman təxribat törədiləcək və müharibə başlayacaq. Müharibə başlayacağı təqdirdə isə ABŞ qoşunlarının Cənubi Qafqazda qalması üçün unikal imkan yaranacaq. Bu isə ABŞ-ın planlarına daxildir. Belə informasiyalarla Ermənistan təbliğat maşınını işə salıb. Çalışırlar ki, belə vəziyyətdə suyu bulandırsınlar və ABŞ-ın belə niyyətlərinin olması ilə bağlı informasiyaları yaysınlar. Bununla bağlı isə hesab edirəm ki, bu növbəti təxribatdır. Əslində ABŞ Cənubi Qafqazda qoşun saxlamaq niyyətini heç zaman bildirməyib. Bu, Errmənistan tərəfinin təxribatçı addımlarıdır. Ona görə də, hesab edirəm ki, bunun heç bir əsası yoxdur. Bu, onların bilərəkdən uydurduqları təxəyyülün nəticəsidir. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin heç bir dövlətlə müharibə aparmaq niyyəti yoxdur. Azərbaycan öz hüquqlarını Dağlıq Qarabağda istənilən yolla təmin eləmək hüquqlarına malikdir. Həmin yollardan biri də hərbi yol ola bilər. Bu yol isə heç bir halda üçüncü dövlətə qarşı çevrilməyib”.Azərbaycanın məğlub olmaq təhlükəsi yoxdur

 

Elman Nəsirov fikirlərinə davam edərək qeyd edir ki, Ermənistan tərəfi Azərbaycanın işğal altındakı torpaqlarını əgər müddətsiz olaraq nəzarətdə saxlamaq istəyirsə onlar dərk etməlidirlər ki, belə olacağı təqdirdə müharibə versiyası qaçılmaz ola bilər və hal-hazırda da əslində müharibəyə son qoyulmayıb. “Əslində atəşkəsin özü də nisbi mahiyyət kəsb edir və Azərbaycan sadəcə döyüşü uduzub, müharibə davam etməkdədir. Onun hərbi əməliyyatlar mərhələsinə keçməsi istənilən vaxt baş verə bilər. Çünki Ermənistan tərəfinin mövqeyi qeyri-konstruktiv mövqedir. Ermənistan danışıqları uzatmaq taktikasını həyata keçirir və torpaqları geri qaytarmaq niyyətinin olmadığını nümayiş elətdirir. Belə olan halda heç bir tərəf müharibənin başlanmasından sığortalanmayıb. İstənilən halda bu baş verə bilər. Bu baxımdan mən rusiyalı ekspertin fikirləri ilə şərikəm. Ancaq ekspert belə fikirlər söyləyərkən bir qədər də obyektiv olsun. Qeyd edim ki, belə mürəkkəb vəziyyətin yaranmasının səbəbkarı məhz Ermənistandır. Ona görə də, istənilən halda müharibənin olmayacağına dair heç bir təminat yoxdur” – gənc professor sözlərinə bu cür davam edib.

 

Rusiyalı ekspert Dağlıq Qarabağ məsələsi ilə bağlı Türkiyənin də mövqeyini dəyərləndirib. O qeyd edib ki, əgər müharibə baş verərsə Türkiyə müharibəyə müdaxilə etməməyə çalışacaq. Rus politoloqun sözlərinə görə, Azərbaycan müharibədə uğursuzluğa düçar olarsa Türkiyə müharibəyə müdaxilə edəcək. Siyasi elmlər doktoru Elman Nəsirov rus politoloqun bu fikirləri ilə qətiyyən razılaşmır: “Mən rusiyalı ekspertin bu fikirləri ilə qətiyyən razı deyiləm. O baxımdan ki, Cənubi Qafqazda bu gün ən güclü ordu Azərbaycan ordusudur. Azərbaycanın hərbi büdcəsi 3.7 milyard dollardır ki, bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Azərbaycanın son hərbi paradı bir daha göstərdi ki, ölkəmizin hərbi imkan və potensialı göründüyündən də qat-qat artıqdır. Ən başlıcası isə Ermənistan kimi işğalçı bir dövlət bilir ki, qarşısındakı daha 90-cı illərin Azərbaycanı deyil, qarşısında çox güclü Azərbaycan dövləti və Azərbaycan ordusu dayanır. Azərbaycanın müharibədə məğlub olacağı ilə bağlı birbaşa fikir söyləmək ümumiyyətlə düzgün deyil. Türkiyənin mövqeyinə gəldikdə isə bilirsiniz ki, Azərbaycanla Türkiyəni çoxtərəfli əlaqələr bağlayır. Eyni zamanda hərbi təhlükəsizlik sahəsində müqavilələr imzalanıb. Bu nöqteyi-nəzərdən Türkiyənin bütün mənalarda Azərbaycanın yanında olacağına şübhə yoxdur. Bunu Ermənistan tərəfi də bilsin. Onlar əslində bunu çox gözəl bilirlər. Ona görə də Ermənistan tərəfi onu bilməlidir ki, bu müharibə uzunmüddətli müharibə olmayacaq. Azərbaycan 1 həftəlik – 10 günlük müharibə edə bilər və Xankəndinə Azərbaycan bayrağını sancar. Dağlıq Qarabağ səmasında elə bir Azərbaycan təyyarələri olacaq ki, Dağlıq Qarabağda artıq kölgə əmələ gələcək. Günəşin işıqlarının düşməsi üçün imkan olmayacaq. Ona görə də mən rusiyalı politoloqun bu fikri ilə qətiyyən razı deyiləm ki, müharibədə Azərbaycanın məğlub olmaq təhlükəsi var. Azərbaycanın məğlub olmaq təhlükəsi yoxdur. Çünki Azərbaycan ordusu son dərəcə güclənməkdədir və bunu Ermənistan tərəfi böyük narahatlıqla izləyir. Azərbaycandakı hərbi paraddan sonra Ermənistanda ciddi gərginlik, qorxu hissi yaranıb. Bunu özləri də etiraf edirdilər. Beynəlxalq birlik də Azərbaycanı müdafiə edir. BMT-nin 155 dövlətinin Azərbaycanın mövqeyini müdafiə etməsi təsadüfi deyil. Azərbaycan – Rusiya münasibətləri bü gün dinamik inkişaf tempinə malik olduğu kimi Türkiyə – Rusiya münasibətləri də çox yüksək inkişafa malikdir”.

 

 

Sevda Sevinc

 

“KarabakhİNFO.com”

 

 

25.09.2013 11:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*