Zakir Həsənov qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının MN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.