Azərbaycanca

Azərbaycanın müdafiə naziri Xorvatiya prezidenti ilə görüşdü

12.03.2015 | 09:50

xpr1

Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.
Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-dan Xorvatiya Respublikasına rəsmi səfərdədir.
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviç tərəfindən qarşılanmışdır.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Xorvatiyanın Xarici İşlər nazirinin birinci müavini cənab Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.
Xorvatiyanın İqtisadiyyat Palatasında olan Müdafiə naziri general-polkovnik Z.Həsənov Palatanın sədri cənab Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Sonra Müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.

www.mod.gov.az

12.03.2015 09:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*