Azərbaycanca

“Azərbaycanın təklifləri və imkanları orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün ilham ola bilər”

23.05.2013 | 14:12

1369303735_lkthylotkyotkoypBakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçirilir. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya müsahibə verib.

– Konfrans barədə fikirlərinizi bilmək istərdik.

 

– Bu gün Azərbaycanın ev sahibliyi etdiyi tədbir Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransıdır. Bu toplantı Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarını, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini, Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan nümunəvi tədbirdir. Bakıda keçirilən konfransda dünyanın 74 ölkəsindən 235 nəfər iştirak edir. Onların sırasında Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, 4 ölkə parlamentinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları və digər səlahiyyətli şəxslər vardır. Azərbaycan paytaxtında keçirilən konfransda bu səviyyədə iştirak heç şübhəsiz ki, ölkəmizə olan maraqla izah edilməlidir. İllik Konfrans Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin qarşıdan gələn il barədə yürüdəcəyi siyasətini, eləcə də inkişaf və makroiqtisadi prioritetlər mövzusunda konfransın prioritetlərini müəyyən etmək üçün üzv ölkələrin illik ümumi yığıncağıdır. Konfrans iki gün, 23-24 may tarixlərində keçiriləcək və bu günlər üçün tərtib olunan proqrama həvəsləndirici və informasiya sessiyaları, eləcə də müzakirə üçün nəzərdə tutulmuş sessiyalar daxildir. Onu da deyim ki, Bakıdakı konfransa qədər şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilib.

 

 Parlament Şəbəkəsi haqqında oxucularımızı məlumatlandıra bilərsinizmi?

 

– Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarlarına inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Parlament Şəbəkəsinin hazırkı sədri Alen Desteks Azərbaycanda tanınır. O, 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu, xüsusilə də Azərbaycan-Belçika regional qrupunun prezidenti olub. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarı əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

 

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaradılması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular da qeyri-neft sektorunun inkişafı, hökumət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi barədə mövzuları əhatə edəcək.

 

 Bakıda keçirilən 11-ci illik konfransın məqsədləri barədə nə deyə bilərsiniz?

 

– Millət vəkilləri də daxil olmaqla, müasir dövrün siyasətçilərinin qarşısında duran əsas məsələlərdən biri ədalətli artımı təmin edən sürətli qlobal iqtisadiyyatdan tam sürətli iqtisadiyyata keçidə və dünya gəncləri üçün tələb olunan məşğulluğa kömək etməkdir.

 

Bildiyiniz kimi, Azərbaycanın sürətli inkişafı neft hasilatı, eləcə də neft və qaz gəlirlərinin yüksəlməsi ilə əldə edildi. Bu gün Azərbaycanın təklifləri və imkanları bir sıra digər orta gəlirli və inkişaf etməkdə olan ölkələri güzgü kimi özündə əks etdirir və onun uğurları digər ölkələr üçün də ilham ola bilər. Bu il keçirilən Parlament Şəbəkəsi Konfransının da əsas məqsədi sosial müdafiə vasitəsilə    inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyini yumşaltmaq və dəyişikliklərə uyğunlaşmaq, hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir. Parlament Şəbəkəsi həmçinin konfrans vasitəsilə inkişafda və siyasətdə qanunvericiliyin rolunu gücləndirmək məqsədi güdür.

 

Deyilənlərlə yanaşı, konfransın məqsədləri sırasına öz ölkələrində müraciət olunan müəyyən məsələlərə dair millət vəkillərinin rolu, həmin məsələlərlə əlaqədar millət vəkillərinin bilgilərinin artırılması, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatlarının bu məsələ üzrə göstərdikləri dəstəyin təhlil edilməsidir.

 

apa.az

23.05.2013 14:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*