Azərbaycanca

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib

26.11.2014 | 17:05

216d1f378d5abecf313e58236b96849dAzərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin “1+1” televiziya kanalının 23 noyabr 2014-cü il tarixində efirə verdiyi “15 respublika” verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Müraciətdə “1+1” telekanalının Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışdığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif etdiyi, işğalçı Ermənistanı və Dağlıq Qarabağdakı separatçı rejimi mədh etdiyi vurğulanıb.

 

 

Səfirlik Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən, BMT Baş Assambleyasında buna səs verən, dostluq və strateji əməkdaşlıq prinsiplərinə hər zaman sadiq olan Azərbaycan Respublikasına qarşı belə sifarişli və qərəzli verilişin nümayiş etdirilməsinin Ukraynada yaşayan on minlərlə azərbaycanlı arasında haqlı narazılıq doğurduğunu, hal-hazırda özü separatçılığın və xarici müdaxilənin qurbanına çevrilmiş Ukrayna dövlətinin separatizmə və işğala dəstək verməyə xidmət edən cəhdlərə göz yummayacağına ümidvar olduğunu bildirib.

 

 

Müraciətdə səfirlik tərəfindən adı çəkilən televiziya kanalına etiraz məktubunun göndərildiyi, eyni zamanda həmin bədnam verilişi hazırlayıb təqdim edən, Azərbaycanı mənfi qələmə verən, Ermənistanı ancaq müsbət tərəfdən göstərən, guya azərbaycanlıların Dağlıq Qarabağda erməni kişilərini kütləvi şəkildə qətlə yetirdiklərinə görə bu gün orada qızların oğlanlardan dörd dəfə çox olduğu kimi cəfəng iddialar irəli sürən, Ermənistan silahlı qüvvələrinin işğalında olan və heç bir dövlətin, o cümlədən Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Konstantin Andriyuk və Dmitri Volkovun Azərbaycanda “arzuolunmaz şəxslər” sayılacağı da elan olunub.

 

 

Səfirlik “1+1” televiziya kanalının ölkələr arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu qeyd edib, telekanala müvafiq təsir göstərilməsini, Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini istəyib.

 

“KarabakhİNFO.com”

 

 

26.11.2014 17:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*