Azərbaycanca

Azərbaycanın zərbə helikopterləri Füzuli istiqamətində cəbhə boyu uçuşlar həyata keçirir

05.08.2014 | 08:00

955d830c07fee6acf63f6659f5a91e40Xeyli sayda yerli sakin hərbi hissənin qarşısına toplaşaraq, döyüşə getmək üçün müraciət edib

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zərbə helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.

APA-nın məlumatına görə, helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb. Döyüş helikopterləri qoşunların təmas xətti üzərində uçur.

 

 

Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, bu gün səhər saatlarından xeyli sayda sakin rayondakı hərbi hissənin qarşısına toplaşaraq könüllü şəkildə silahlanıb, ön xəttə döyüşə getmək istədiyini ifadə edib. Hərbi hissə önünə toplaşanlar arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.

 

 

Hərbi hissə komandanlığı və rayonun müvafiq qurumlarının nümayəndələri vətəndaşlarla görüşərək, onların təkliflərini dinləyib, ehtiyac yaranarsa, onların köməyindən istifadə olunacağını bildiriblər.

 

 

“KarabakhİNFO.com”

05.08.2014 08:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*