Azərbaycanca

Azərbaycan və Türkiyə 20-yə yaxın ölkənin nəhəng birliyini yaradır

28.01.2015 | 14:27

Azerbaycan ve Turkiye bayraq 151012

 

Azərbaycan və Türkiyə Avrasiya Enerji Birliyi yaratmaq niyyətindədir

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının “APA-Economics”ə istinadən verdiyi məlumata görə, yaradılacaq birliyin mərkəzi İstanbul şəhəri olacaq.

 

 

 

 

 

 

 

 

Yazıda bildirilir ki, 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycanla Türkiyə liderlik edəcək.

 

 

Məqalədə Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri Gürkan Kumbaroğlunun fikirlərinə də yer ayrılıb. Sədr bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji birliyi qurmağı qarşılarına məqsəd qoyub.

 

 

Bundan başqa, G. Kumbaroğlu bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə bir araya gəldiyi toplantıda regional layihənin qurulmasına dair razılıq əldə edilib.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

28.01.2015 14:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*