Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını foto obyektivə almaq üçün Azərbaycanda səfərdə olmuşdur. Fotoqraf “The Telegrapf” a verdiyi müsahibədə Azərbaycan qaçqın və məcburi köçkün problem ilə üzləşən ilk keçmiş Sovet ölkəsi olduğunu bildirib. “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır,”- deyə Kaşi vurğulayıb. Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.
Müəllifin “Həyata keçməyən arzular” adlı foto sərgisi TEAS tərəfindən London və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar günü münasibətilə Parisdə sərgilənir.
“KarabakhİNFO.com”