Azərbaycanca

Azərbaycanlılar elə bilirdi ermənilər dinc əhaliyə əl qaldıra bilmir

10.09.2012 | 13:38

1348038356_253780409f53895a178eb22c66c0ec65f83da1c8Azərbaycanlılar elə bilirdi ermənilər dinc əhaliyə əl qaldıra bilmir”

 

Məşhur jurnalist, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi Tomas de Vaal Ermənistanın indiki prezidenti Serj Sərkisyandan 2000-ci il dekabrın 15-də (onda Serj Sərkisyan Ermənistanın müdafiə naziri olub.) götürdüyü müsahibənin Xocalı hadisələrinə və 366-cı alaya aid hissəsini yayıb.

Tomas de Vaal: Məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub. Serj Sərkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri – red.) orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz? Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri (Ayaz Mütəllibovu nəzərdə tutur – red. ) deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada “OMON” var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tuturdular. Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib.Azərbaycanlılar elə bilirdi ermənilər dinc əhaliyə əl qaldıra bilmirAzərbaycanlılara hər hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq

dinc əhali orada qalırsa, deməli, o da döyüş əməliyyatlarında iştirak edir… Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı. Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq siz adətən dəhliz qoyurdunuz ki… Serj Sərkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri qovarkən onlar düşündülər. Qeyd: Serj Sərkisyan 1989-93-cü illərdə “Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri”nin sədri olub. Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarından biridir. Azərbaycan torpaqlarının işğal olunmasında, minlərlə Azərbaycan vətəndaşının qətlə yetirilməsində birbaşa iştirak edib.

 

 

10.09.2012 13:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*