Azərbaycanca

Ekskuliziv – Bəxtiyar Sadıqov :”Ermənistan müflis olmaq həddinə çatıb”

02.08.2014 | 18:23

bextiyar_sadiqov“Ermənistan iqtisadi cəhətdən zəiflədiyi üçün Azərbaycan torpağına göz dikib”. Bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında dedi. Onun sözlərinə görə, ermənilər əhali arasında təxribat yaratmaq istəyirlər.
Onun sözlərinə görə, ermənilər əhali arasında vahimə yaratmaq niyyətindədir. Amma onların bu niyyəti elə istək olaraq qalacaq: “Dünən erməni təxribat qrupu Azərbaycan ərazisinə keçmək istəyib. Amma Milli Ordumuzun cəsur hərbiçiləri düşmən tərəfindən atılan güllələri cavabsız qoymayıblar. Təəssüflər olsun ki, döyüş zamanı igid balalarımız şəhid olub. Müharibə qan, döyüş deməkdir”.
B.Sadıqov onu da əlavə etdi ki, artıq Ermənistan dövləti müflis olmaq həddinə çatıb. Əhalisinin bir qismi yaşadığı ölkəsini tərk edib. Yerdə qalanlar səfalət şəraitində yaşayırlar. Ermənistan blokadadan çıxa bilmir: “Ermənistan çarəsiz vəziyyətdə olduğu üçün Azərbaycan torpağına göz dikdi. Amma bu ölkə ordusunun zəif olduğunu nəzərə alıb atəşkəsi pozmamalı idi. Azərbaycan çox güclü orduya malikdir. Müasir silahlar, cəsur döyüşçülərimiz olan bir vəziyyətdə düşmən ölkə yalnız məğlub ola bilər”.
Millət vəkilinin sözlərinə görə, hazırda dünya həssas bir dönəm yaşayır: “Hər bir qitədə mübarizə, od-alovlu günlər yaşanır. İstər şərq ölkələri olsun, istərsə də qərb. Hazırda bütün dünyada silahlar danışır. Ermənistanda dünyanın bu vəziyyətindən istifadə edib Azərbaycan tərəfinə hücüm çəkdi. Amma düşmən ölkə Azərbaycan ordusunun bu qədər güclü olacağını gözləmirdi”.
B.Sadıqov döyüş zamanı şəhid olan əsgərlərin ailələrinə Allahdan səbr diləyir. Millət vəkilinin sözlərinə görə, torpaq uğrunda ölənin yeri cənnətdir: “Necə deyərlər “Torpaq uğrunda ölən varsa vətəndir. Balalarımızda vətən yolunda şəhid olub. Allah rəhmət eləsin!”
Günel Cəlil
“KarabakhİNFO.com”

02.08.2014 18:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*