Azərbaycanca

Bahar Muradova: “Ermənistan nə qədər insanlıqdan kənar mövqedədir ki, hətta toy çadrını belə atəşə tutmaqdan çəkinmir”

02.09.2015 | 12:33

trend_bahar_muradova_020915_05

“Ermənistan nə qədər insanlıqdan kənar bir mövqedədir ki, hətta toy çadrını belə atəşə tutmaqdan çəkinmir”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, dünənki insident onu göstərir ki, atəşkəs rejminin mövcud olmasına baxmayaraq heç də insanlar dinc dövrdə yaşamırlar və hər gün təmas xəttində bu cür təxribatlar insan həyatına, onların əmlakına ziyanla nəticələnir: “Növbəti bu cür hadisə də çox ciddi narahatlıq doğurur. Bu onu göstərir ki, bu münaqişənin mövcudluğu, region üçün, dünya üçün çox böyük təhlükə olaraq qalır və Minsk Qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən yalnız danışmaqdansa, bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir. Çünki biz hər zaman görürük ki, münaqişədən söhbət gedərkən yalnız bu insidentlərin aradan qaldırılması yollarının, mexanizmlərinin tapılmasına daha çox diqqət yetirilir. Hətta belə bir diqqət olduğu halda da bu insidentlər davam edir”.

B.Muradova vurğulayıb ki, nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, Azərbaycan vətəndaşları daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar ki, Minsk Qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər.

Qeyd edək ki, erməni silahlı birləşmələri tərəfindən sentyabrın 1-də Tərtər rayonunda toy çadırının atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb.

Trend.az

02.09.2015 12:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*