2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında Ermənistan da iştirak edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Gənclər və idman naziri Azad Rəhimov Bakı-2015-in Əməliyyat Komitəsi ilə Azərbaycan Hava Yolları (Azal) arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində məlumat verib: “Bütün 49 ölkə, o cümlədən Ermənistan da I Avropa Olimpiya Oyunlarına dəvət olunub. Ermənistandan gələn məlumatlara əsasən, onlar Bakı-2015-də iştirak edəcəklər. Azərbaycan dövləti təhlükəsizlik, viza və digər məsələlərə dair zəmanət verib.”
“KarabakhİNFO.com”