Azərbaycanca

Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan konfrans keçirilir

08.11.2016 | 15:12

49577228973_1000x669

Noyabrın 8-də Bakıda Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edirlər.

Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəblərindən bəhs edib. Diqqətə çatdırıb ki, münaqişənin tənzimlənməsi hər iki ölkə ictimaiyyətinin marağındadır və hər iki xalq münaqişənin başa çatmasını səbirsizliklə gözləyir.

R.Zeyni qeyd edib ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli, regionda sülhün və sabitliyin təmin olunması istiqamətində danışıqlara hazır olduğunu bəyan edib. O vurğulayıb ki, problemin tənzimlənməsi üçün siyasi dairələrlə yanaşı, ictimaiyyət, ziyalılar, media nümayəndələri, QHT-lər, diaspor təşkilatlarının rəhbərləri də öz töhfələrini verməlidirlər.

Tədbir “Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun azad olunması münaqişənin tənzimlənməsi prosesinin uğurlu başlanğıcı üçün vacib şərt kimi”, “Dağlıq Qarabağın yekun hüquqi statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsi” və digər mövzularda panel iclaslarla davam edir.

AZƏRTAC

08.11.2016 15:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*