Azərbaycanca

Bakılı erməni Samvel Qriqoryan: Mən Bakıya dönmək istəyirəm

15.10.2012 | 15:05

1350293526_imagesQarabağ. Yəqin ki, yalnız bu ad ermənilərlə azərbaycanlılar arasınada münaqişəyə səbəb olmuşdur.

Yalnız bu ad sübut edir ki, ermənilər və azərbaycanlılar ki, köhnə düşmənlərdir. Bunu “həqiqət” kimi qəbul etmək olardı, əgər biz sadə azərbaycanlıların , eləcə də ermənilərin fikirlərini nəzərə almasaydıq. Hansı millətə aid olmasından asılı olmayaraq bu adi insanların fikirləri o qədər də korlanmayıb, onlar bir birilərinə inamlarını itirməyiblər. Sadəcə olaraq onlar yaşamaq istəyirlər. Amma elələri də var ki , bilmirsən yaşamaqmı istəyir, sürünməkmi? Vanadzorda yaşayan bir nəfər erməni əsilli vətəndaş, keçmiş Bakı sakini Samvel Qriqoryanın göndərilmiş olduğu məktub istər- istəməz bunlar barədə dərindən düşünmək ehtiyacı doğurur 50 yaşlı Samvel Qriqoryan xalqlar arasında barışığın olması üçün əlindən gələnə edəcəyini bildirir. Bəlkə bu doğrudan da sülh üçün nümunə ola bilər.. biz müəllifin yazdığı məktubun üslubunu dəyişdirmədən onu oxucuların nəzərinə çatdırırıq.

“Hörmətli redaksiya! Mən artıq yorulmuşam. Mən bu mənasız müharibədən yorulmuşam. Qarabağ üçün qanlı olan bu müharibədən sonra ” soyuq müharibə “ mərhələsi hələ də davam etməkdədir. Mən müşahidə etməkdəyəm ki, hər iki ölkənin siyasətçiləri, QHT rəhbərləri bir- birilərini haqsız çıxarmaq üçün dəridən qabıqdan çıxırlar.

20 yaşlı bu düşmənçilik biz kökündən məhv edə bilər, nəyimiz varsa əlimizdən ala bilər.Biz əsrlər boyu yaxşı qonşuluq şəraitində yaşamış olduğumuz o günləri əlimizdən birdəfəlik itirə bilərik. Mən buna inanmıram. Əsla inanmıram ki, erməni və Azərbaycan xalqları kimlərinsə siyasi oyunlarına həmişəlik alət ola bilərlər. O oyun ki, onu məharətlə Qafqazda oynayırlar və bir çoxları onun girovuna çevrilmişdir, erməni müddəti azərbaycanlıların “etnik uyğunsuzluq” terminini anlamaq mümkün deyil, hər iki ölkənin tarixi, bənzər yaşayış tərzi onların ayrılmaz bir bütün olduğuna ən yaxşı sübutdur, biz yalnız birlikdə yaşamamışıq, həm də yoldaşlıq etmişik, milli kimliyimizi formalaşdırmışıq, bir- birimizdən ən yaxşı şeyləri öyrənmişik. Bu mənada azərbaycanın əvsanəvi müğənnisi, Azərbaycan və Ermənistanın xalq artisti Zeynəb Xanlarovanı xatırlamamaq olmur. Onunla biz Bakıdakı qədər fəxr edir, qürur duyurduq, mənim o zaman yalnız 20 yaşım var idi, amma xoşbəxt idim ki, etnik kimlik bilmədən bu gözəl müğənnini sevirdim, bu gün isə ondan hər iki tərəfdən hansısa millətin nümayəndəsi kimi danışılır. Bunu qəbul edə bilmirəm.

Mən dünya şahmat çempionu Harri Qasparov xatırlamaya bilmirəm. O çətin bir mübarizədə Anatoli Karpova qalib gəldi , məgər o zaman

azərbaycanlılar fikirləşirdilərmi ki, harri qasparov ermənidir. Əlbəttə yox. Qasparov, həm erməni idi, həm yəhudi idi, həm də azərbaycanlı idi , o, bizim idi . Və bütün Azərbaycan Qasparovun qələbəsini qeyd edirdi … Bu, bizim qələbə idi. Nə üçün deyirəm bizim qələbə idi? Cani -qəlbdən söyləyirəm: Mən Bakı məktəblərindən birində rusca oxuyurdum. 30 şagirddən çoxu azərbaycanlı deyildi. Bunların heç birinə, o cümlədən ermənilərə də heç vaxt ayrı- seçkilik ola bilməzdi. Vicdanım yol verməz fərqli fikir söyləyim.

Düşdüyümüz bu vəziyyətdən çıxış yolu varmı? Mən deyərdim yəqin ki, var. Bilirsiniz nəyə görə? Ona görə ki, bizdə hələ sağlam düşünən insanlar var, onların düşüncəsi hələ milliyətçi fikirlərlə zəhərlənməyib. Georgi Vanyan, Aşot Bleyan Zərdüşt Əlizadə , Luiza Poğosyan və başqalarının varlığı sülhə ümidləri artırır.

Mən Bakının həsrətini necə çəkirəm, bilməzsiniz? Mən artıq 50 yaşındayam cəmisi 50. hansı bucaqdan baxıram bu hadisələrə? Mən bu unudulmaz şəhəri 1989-cu ildə tərk etdim , hələ də məktəbdə azərbaycanlı dostlarımızla digər məktəbin uşaqları ilə savaşdığımız günlərin isti xatirəsi içindəyəm., Azərbaycanlılar mənim tərəfimdə, mənim dostlarım idilər. Biz qonşu azərbaycanlı məktəb ilə mübarizə aparırdıq. .. Xəyalımızdan belə keçməzdi ki, kimsə başqa millətdəndir.

Mən hələ də bu gözəl şəhəri- Bakı unutmadım. Mən Ermenikendi, Sovetskini, Zavagzalnını, Çapayev küçəsini unutmadım … mediada hər gün oxuyuram , Bakı bu gün dəyişib, Avropanın ən yaxşı şəhərlərindən heç nə ilə fərqlənmir. ancaq mən onu o vaxtkı Bakı kimi sevirəm, gəncliyimdə sevdiyim kimi sevirəm. Ümidimi itirmirəm, bilirəm ki, yaxın gələcəkdə o gözəl günlərə qayıdacağıq, o zamanlara ki, Zeynəb Xanlarova həm ermənil idi, həm də azərbaycanlı.

Mən Bakıya getmək istəyirəm . Bilirəm ki, onu daha gözəl, daha yaraşıqlı görəcəyəm. Amma mənim günahım nədir ki, bu gözəllikləri görmək hələ mənə müyəssər olmayacaq. Heç vax görməyəcəyəm- demirəm, çünki ümidimi itirməmişəm. Gec- tez bu mənasız münaqişənin bitəcəyinə əminəm. Əminəm ki, doğma Bakımı görəcəyəm. Bəli mənim üçün çox doğmadır. Çünki mən bu şəhərdə doğulmuş və böyümüşəm.

Mənim Bakıda çoxlu azərbaycanlı dostlarım var. Çoxdular, mənim orta məktəb yoldaşlarım ən ağır vaxtımda mənim köməyimə yetişərlər, bilirəm. Onlar bilirlər ki, mən tərəfdən də eyni münasibəti görərlər. Baxmayaraq ki, ideoloyi mübarizə davam edir biz milli mənada ortaq bir fikrə gələ bilərik. Qarabağ məsələsini bir yerdə həll etməkdən başqa yolumuz yoxdur. Bir araya gələ bilsək, hesab edin ki, məsələ həll olunmuşdur. Doğrusunu desəm Qarabağın siyasi taleyi məni azmaraqlandırır. Mən doğma Bakını və dostlarımı görmək istəyirəm. Bizim xalqlar arasında münasibətləri düzəltmək üçün bundan yaxşı körpü ola bilməz. Biz bir birimizdən hər şeyə

görə üzr istəməlik. Qafan, Sumqayıt, Bakı, Sumqayıt, Xocalı, Marağa üçün üzr istəməliyik. Bir – birimizi bağışlamalıyıq ki, irəli gedə bilək. Anlayıram ki , bi məktubu ola bilsin sizin redaksiya dərc eləməsin, ama mən vicdanım qarşısında təmiz olmaq istəyirəm ki, bu iş üçün nəsə elədim. Bizim iki xalq arasında sülh və dostluq üçün nə isə bir addım atdım.

 

Hörmətlə, Bakı Dövlət Universitetinin məzunu

Samvel Qriqoryan

 

15.10.2012 15:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*