Azərbaycanca

“ Barəsində güllələnmə hökmü çıxarılan bəstəkar”.

19.10.2012 | 11:43

1350628956_uzeyir-hacibeyov-esas-160911“ Barəsində güllələnmə hökmü çıxarılan bəstəkar”.

Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyovun üç hakimiyyət dövründə yaşadığını görərik: Çar Rusiyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycanda Sovet hakimiyyəti illəri. Üzeyir Hacıbəyov ilk SSRİ xalq artisti adına layiq şəxsiyyət olsa da, hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq, bütün dövrlərdə xalqına xidmət edib. Elinə, xalqına can yandıran Üzeyir Hacıbəyov heç vaxt özünü qorumayıb. 37-ci illərin çətin günlərində belə, “xalq düşmənləri”nin ailələrinə, övladlarına kömək eləməkdən çəkinməyib.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri mart qırğını zamanı Üzeyir bəyin evi də gülləboran edilmişdi. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənmişdir.
Hətta 1920-ci ildə bəstəkarı güllələmək belə istəyirlər, güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da var imiş. Nəriman Nərimanovun sayəsində bəstəkar ölümdən xilas ola bilir. Sonralar isə Üzeyir Hacıbəyovu, sözün əsl mənasında, əsərləri hifz edir. “Koroğlu”nu həddən ziyadə bəyənən Stalin Üzeyir Hacıbəyova “bir yox, iki belə opera yaratmağı” məsləhət görür…

“ İki dostun ortaq cəhətləri”.

Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin hələ Qori Seminariyasından başlanan dostluğu sonralar qohumluğa çevrilmiş, hər ikisi Terequlova bacıları ilə evlənib, bacanaq olmuşdular. Xoş bir təsadüf nəticəsində hər iki dahi bəstəkar, həm də eyni ildə, eyni gündə, yəni 1885-ci il sentyabrın 18-də dünyaya gəlmişdir. Sonralar ad günlərini də bir yerdə keçirirdilər. Günün əvvəli Müslüm bəygildə, axşamı isə Üzeyir bəygildə qeyd olunan belə ad günlərinin birində Üzeyir bəy dostunun şərəfinə belə bir sağlıq demişdi: “Bilmirəm, Müslüm məni niyə izləyir? Bir addim da olsun tək qoymur. Mən 1885-ci il sentyabrın 18-də anadan oldum, o da vaxt itirmədən həmin gün dünyaya gəldi. Mən musiqi ilə məşğul olmağa başladım, Müslüm də. Məktəbdə dərs deyirdim, opera yazırdım. Müslüm də mənim kimi…”

Eldar Orucov.

19.10.2012 11:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*