Azərbaycanca

Baş nazirin müavini: “Beynəlxalq təşkilatların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”

24.10.2014 | 18:45

Eli-Hesenov-qacqinkom-3“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Çox təəssüf ki, beynəlxalq təşkilatların bizə qarşı biganəliyi bu məsələdə də özünü göstərir”.

 

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib.

 

 

Əli Həsənov qeyd edib ki, girovlarla bağlı müraciətdən bir həftə keçsə də, hələ ki, beynəlxalq təşkilatlardan reaksiya yoxdur: “Bu, bir daha onu göstərir ki, beynəlxalq təşkilatların öz fəaliyyətlərində müxtəlif yanaşmaları var, onların ayrı-ayrı xalqlar, dövlətlər və millətlər haqqında ssenariləri var. Əgər bu təşkilatlar insan hüquqlarının qorunması ilə məşğuldurlarsa, o zaman dünyadakı bütün insanlara eyni gözlə baxmalı, problemlərin həllinə çalışmalıdırlar. Məlumat var ki, ermənilər girovluqda olan soydaşlarımızla bağlı oktyabrın 27-də qondarma məhkəmə prosesini başlatmaq istəyirlər. Bu da ermənilərin növbəti fitnəkarlığı, hiyləsi və qeyri-insani yanaşmasıdır”.

 

“KarabakhİNFO.com”

 

 

24.10.2014 18:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*