Azərbaycanca

Baş Qərargah rəisi cəbhə bölgəsindədir

11.08.2014 | 12:00

necmeddin-sadikov“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

 


Səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

 

“KarabakhİNFO.com”

 

 

11.08.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*