Azərbaycanca

Baş redaktorun oxuculara illik hesabatı

25.12.2013 | 18:40

1387982280_1503932_560378624036616_1931209564_nZaur QƏRİBOĞLU

 

 

2012-ci sentyabr ayının əvvəllərindən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun xeyir-duası və Vəli Əlibəyovun təşkilatçılığı ilə “Hədəfimiz Qarabağdır” şüarı ilə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq fəaliyyətə başladıq. Qarşımızda yalnız bir məqsəd var idi: işğal altında olan Qarabağ torpağı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və dünyada ermənilərin Azərbaycana qarşı apardığı informasiya müharibəsində onlara layiqli cavab vermək.

 

Azərbaycan, ingilis və erməni dilləri ilə virtual müharibəyə başlasaq da bu gün artıq   rus, alman, türk, fransız, ərəb, ispan və italyan dilləri ilə birgə 10 dildə erməniləri susdurmaqda davam edirik. Keçən illər ərzində “KarabakhİNFO.com” e-jurnalı olaraq inamla deyə bilərik ki, biz Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işini  Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında, Qarabağın işğaldan azad olunması uğrunda yeridilən siyasət çərçivəsində uğurla aparmaqda davam edirik. Sayta aylıq 45.000-50.000-dən çox oxucu toplamışıq.

Ötən illər ərzində Gürcüstan və Türkiyədə saytımızın təqdimatlarını keçirdik, mükafatlar aldıq, dünyanı

n tanınmış ictimai-siyasi xadimlərini Qarabağ barədə məlumatlandırdıq. Tanınmış politoloqlar, alimlər və yüksək çinli məmurlar saytımız vasitəsilə Ermənistanın işğal siyasətindən yazdılar. İndiyə qədər Azərbaycanın 100-ə yaxın tanınmış ziyalısı (bunlar  arasında siyasət, mədəniyyət, incəsənət, idman, elm və s. sahəsində çalışanlar üstünlük təşkil edir) haqqımızda müsbət fikirlərini bildiriblər. Redaksiyada Qarabağ müharibəsinin iştirakçıları və məcburi köçkünlərlə görüşlər keçirmişik.

 

Keçən bir ildən artıq müddətdə təxminən 50-ə yaxın internet xəbər portalı və ölkə qəzetləri www.karabakhinfo.com saytının fəaliyyətini ümumi və ya ayrıca şəkildə işıqlandırmış, xüsusi məqalələr dərc etmişlər. İstinad verərək saytın materiallarından istifadə etmişlər. Ölkədən kənarda çoxsaylı insana, o cümlədən 30-a yaxın ölkənin rəsmi administrasiyasına,  parlamentarilərinə, beynəlxalq təşkilatlara, dünyanın çeşidli şirkətlərinə, qeyri-hökumət təşkilatlarına, nüfuzlu media orqanlarına, universitet və digər təhsil ocaqlarına www.karabakhinfo.com  saytı haqqında informasiya xarakterli məlumatları özündə əks etdirən elektron məktub göndərilmişdir.

 

Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və ali məktəb müəssisələrinin alim, professor, müəllim və tələbələri redaksiyada olmuş, materiallarla təmin edilmişlər.

 

İl ərzində Xocalı Soyqırmı ilə yanaşı digər torpaqlarımızın işğal tarixlərində xüsusi kompaniyalar keçirdik. 10 dildə işğal olunan rayonlarımızın ərazisi, əhalisi, mədəniyyəti, tarixi ilə bağlı yazılar, canlı şahidlərdən müsahibələri yerli və dünya ictimaiətinin diqqətinə çatdırdıq. Ağdamın işğal günündə Şəhidlər Xiyabanına yürüş etdik. Ətrafımızda onlarla insanla Qarabağın işğal olunmasını və ermənilərin siyasətinə “DUR” dedik. Şəhidlərimiz önündə onlarla gənclə birgə AND İÇDİK. And içdik ki, torpaqlar azad olmayana qədər dayanmayacağıq.

 

Bu illər ərzində ermənilərin təzyiq və təsiri ilə qarşılaşdıq. Saytımıza dəfələrlə haker hücumları oldu. Ermənilər tərəfindən elektron ünvanımıza və sosial şəbəkələrdə təhqirlər və təhdidlərlə dolu məktublar göndərildi. Lakin bu hallar bizi ruhlandırdı və daha da gücləndik.

 

2013-cü ili yola salırıq. Qarşıda bizi, 2014-cü ildə böyük işlər gözləyir. Yazılarımızla, tədbirlərimizlə erməniləri susdurmaqda davam edəcəyik. Azərbaycandan kənarda, xarici ölkələrdə saytın təqdimatlarını keçirəcəyik. Xarici ekspertləri, alimləri, professorları sayta cəlb edib onların yazıların dərc edəcəyik.

 

Ancaq bu görülən işlər Qarabağ torpağı olmadan aparılır. Şuşasız, Laçınsız, Ağdamsız, Zəngilansız, Füzulisiz, Cəbrayılsız, Xocalısız, Qubadlısız, Kəlbəcərsiz..

Yuxarıda qeyd olunan uğurlara baxmayaraq, biz əgər, bu ili də Qarabağsız yola verdiksə, demək ki, çox zəif işləmişik, gücümüz az  olub. İşimizlə öyünməyə dəyməz.

 

Biz yola ”Hədəfimiz Qarabağ” deyərək çıxdıq. İnşallah 2014-cü ildə torpaqlarımızı geri qaytararıq…

 

 

 

“KarabakhİNFO.com”

 

25.12.2013 18:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*