Azərbaycanca

“Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat Bakı Slavyan Universitetində keçirildi

22.11.2017 | 17:42

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Azərbaycan gəncləri gələcəyimiz naminə” layihəsi çərçivəsində “Baxış bucağı” debatlar silsiləsindən növbəti tədbir noyabrın 21-də keçirildi. Bakı Slavyan Universitetində keçirilən “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda debatda BSU-nun və  Azərbaycan Turizm və Menecment Universitetinin komandaları qarşılaşdı.

Daha öncəki debatlarda BSU komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Dövlət Universitetinin komandaları ilə qarşılaşmışdı.

AVCİYA-nın əməkdaşı İradə Yaqubova təmsil etdiyi qurumun son layihələri ilə bağlı məlumat verdi və debatın şərtləri ilə bağlı iştirakçıları bilgiləndirdi.

Tədbirin moderatoru Orxan Cabbarlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında məhz gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söylədi və bu tədbirin onların məsuliyyəti necə daşıdıqlarını, onun öhdəsindən hansı səviyyədə gələ bildiklərini müəyyənləşdirəcəyini bildirdi.

Bakı Slavyan Universiteti komandasının kapitanı Tural Comərdoğlu Azərbaycan gənci öz üzərinə düşən vəzifənin öhdəsindən tam həcmdə gələ bilmədiyini vurğulamaqla yanaşı, bu istiqamətdə müəyyən işlər görən gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin fəaliyyətini qeyd etdi.

Azərbaycan Turizm və Menecment Universitetinin komandasının kapitanı Qoşqar Rzayev gənclərin bəzilərinin xaricdə yaşamağa və işləməyə can atmasını mənfi hal kimi dəyərləndirdi.

Ülkər Hacızadə (BSU) “Qarabağ” futbol klubunun Avropadakı çıxışını gerçəkliklərimizin təbliği istiqamətindəki rolunu qabartdı.

Jalə Qasımova (ATMU) Azərbaycan gəncliyinin saxta “erməni soyqırımı”nın ifşasında passiv olduğunu bildirdi.

Umleyla Nuri (BSU) AVCİYA-nın ötən il Ağ Ev administrasiyasına ünvnladığı petisiyasında və cari ildə körpə Zəhranın erməni atəşi ilə öldürülməsinə etiraz petisiyasında gənclərin rolundan bəhs etdi.

22.11.2017 17:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*