Azərbaycanca

Bayram Səfərov: Son zamanlar Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlər xalqda ümid yaradıb

08.05.2015 | 11:40

safarov_ziyaret_080515_01

Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ili əlaqədar Şuşa şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri və şəhər sakinləri Şəhidlər Xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan xalqı Şuşanın işğalı ilə barışmır: “Son zamanlar Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlər xalqda bir ümid yaradıb. Son dövrlərdə xalqımızın ümidi daha çox artıb”.

B.Səfərov bildirib ki, istər cəbhədə, ölkədə və istərsə də respublikadan kənarda görülən işlər erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

O, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyalarının əhəmiyyətini vurğulayıb: “Son vaxtlarda Azərbaycanın dünya ölkələri arasında özünə layiq yer tutması qonşu dövlətləri narahat edir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət hər birimizin ürəyincədir. Həm güclü ordumuz, həm də xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşir və bu bizdə işğal altında olan torpaqları azad edəcəyimizə əminlik yaradır”.

Trend.az

08.05.2015 11:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*