Azərbaycanca

Bayraqları bayraq edən üstündəki qandır

20.01.2014 | 12:23

1390206105_2222222222222“Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsi”nin sədr müavini Sədaqət Qəhrəmanova “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsində bildirmişdir:

“Ümumiyyətlə, təkcə “20 Yanvar” şəhidlərini deyil, vətən uğrunda, müstəqilliyimiz uğrunda şəhid olan hər bir insanı bizim insanlarımız hər zaman anmalıdırlar. Hər bir an onları xatırlamalıyıq ki, biz bu günki əmin-aman dünyamızı onların sayəsində yaşayırıq. Bu gün tərbiyə etdiyimiz övladlarımızı vətəni qorumaq, vətəni müdafiə etmək, bir sözlə, vətən ruhunda tərbiyə etməliyik, yetişdirməliyik. Şəhidlərimiz  bizim şərəfimizdir. Çox gözəl qeyd olunmuşdur:

 

Bayraqları bayraq edən üstündəki qandır, 

Uğrunda ölən varsa, Vətəndir!

 

Deməli, biz bu torpaq uğrunda ölməsək bizim vətənimiz olmaz, torpağımız olmaz. Və bu vətəni, bu torpağı qoruyan insanlar üçün biz necə səcdə etməməliyik, necə onları anmamalıyıq, necə onların əzizlərini xatırlamamalıyıq. Belə olmasa, bizim gələcəyimiz necə olar?!

 

Ona görə də, bu gün bütün analar, bütün valideynlər dünyaya gətirdiyimiz övladları vətən üçün, vətəni qorumaq üçün, vətəndə yaşamaq üçün, vətəni inkişaf etdirmək üçün, bütün dünya dövlətləri içərisində dövlətimizi tanıtmaq üçün yetişdiririk. Vətənimiz olmasa biz millət olmarıq.

 

Ona görə də, belə günləri – şəhidlərimizin tarixlərini, “20 Yanvar” hadisəsində şəhid olanları, “Xocalı soyqırımı”nı, “Qarabağ müharibəsi”ndə şəhid olanları və buna qədər olan şəhidlərimizi, soyqırıma məruz qalan insanlarımızı – bütün bunları hər an xatırlamalıyıq. Xatirimizdən silməməliyik ki, bizim nəslimiz nələrdən keçib və nəyə gəlib çatmışıq.

 

Ən vacibi isə odur ki, bütün analar dünyaya gətirdikləri övladlarını, qucaqlarında, ana beşiyində layla deyib vətən üçün yetişdirsinlər, vətən üçün tərbiyə etsinlər. Biz övladlarımıza ana laylası deyəndə onlara ən gözəl tövsiyələri edirik, onları tərbiyə edirik, onları körpə vaxtlarından igid olmağa çağırırıq. Ona görə də, bu gün anaların qarşısında böyük məsuliyyət var. Onlar gərək övladlarını vətən üçün böyütsünlər, vətən üçün yetişdirsinlər və biz bu gözəl vətənimizi qoruyaq, dünya dövlətləri içərisində ən fərəhli, ən gözəl bir dövlətə çevirək.”

 

 

 

Aqşin Məsimzadə

 

“KarabakhİNFO.com”

20.01.2014 12:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*