Azərbaycanca

“Belə getsə, müharibəyə ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”

24.09.2014 | 15:58

Eli-Hesenov-qacqinkom-3“Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”.

 

 

Bu sözləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

 

Ə. Həsənov bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: “İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdır. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdir. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb”.

 

 

D. Əsgərov və Ş. Quliyevə qarşı açılan cinayət işlərini əsassız sayan Ə. Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatlar nağıl danışırlar: “Azərbaycan torpaqlarının işğalında iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdir ki, Dilqəm və Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi. Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz illərlə göstərib. Beynəlxalq təşkilatlar nə işlə məşğuldur? Koalisiya, başqa şeylər yaradırlar, harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur”.

 

 

Ə. Həsənov ermənilərin Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmadıqlarını vurğulayıb: “Ermənistanda Sarkisyan-Köçəryan rejiminin sonu gələcək”.

 

“KarabakhİNFO.com”

 

 

24.09.2014 15:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*