Azərbaycanca

Belçikada Xocalı qurbanlarının ruhuna ehsan verilib

23.02.2015 | 19:07

nidreland1901465_715547225233667_3785188508535321892_n_1424693220Xocalı soyqırımının 23 – cü il dönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilməkdə davam edir

 

 

 

 

 

 

Belə tədbirlərdən biri də Belçikanın Gent şəhərində keçirilib.Bu haqda tədbirdə iştirak edən diaspor jurnalisti Vüqar Abbasov məlumat verib.

 

 
Tədbiri “Azərbaycan Belçıka Dostluq Cəmiyyəti,” “Gent Türk Ocağı” və “FZO-VL (Oz Dernekler Federasyonu)” birlikdə təşkil ediblər. Giriş sözü ilə tədbiri açan “Gent Türk Ocağı” təşkilatının öncəki başqanı Recep Tuncer Sarı gələn qonaqları salamladıqdan, Xocalı faciəsi barədə qısa məlumat verdikdən sonra, Xocalıda şəhid olanlarımızın ruhuna Qurandan ayələr oxumaq üçün Mecid Mecidi kürsüyə dəvət edib.

 

Daha sonra ardıcıllıqla “Gent Türk Ocağı” başqanı Erdal Böcük, “FZO-VL” – in başqanı Ceylan Kara, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov, Türkiyənin Anves baş konsulu Ali Sevim, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Girov Götrülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Ayhan Dəmirçi və Vüqar Abbasov çıxış ediblər.

 

 

Çıxış edənlər XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımından, erməni vəhşiliklərindən, türk dünyasının bir-birinə dəstək verməsinin vacibliyindən söhbət açıblar. Tədbirin sonunda Ayhan bəy tədbirin keçrilməsində əməyi keçən hər kəsə Azərbaycan Respublikasının üç rəngli bayrağını hədiyyə edib.
“Gent Türk Ocağı”nın qərargahında keçirilən tədbirə böyük maraq var olub. Toplantıya qatılan çoxsaylı qonaqların içərisində Gent bələdiyyə üzvləri, bir çox təşkilat rəhbər və nümayəndələri, yerli jurnalistlər də olublar. Tədbirdən sonra “FZO-VL” – in başqanı Ceylan Kara Gentdəki “Elita” restoranında şəhidlərin ruhuna ehsan verib.

 

 

 

 

23.02.2015 19:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*