Azərbaycanca

Beynəlxalq ictimaiyyətin “dondurulmuş” münaqişələrlə bağlı mövqeyi çox zəifdir

20.05.2015 | 14:32

trend_vaira_fike_freiberga_280415

Beynəlxalq ictimaiyyətin “dondurulmuş” münaqişələrlə bağlı mövqeyi çox zəifdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Riqada “Şərq tərəfdaşlığı”na üzv ölkələrin konfransında deyib.

Onun sözlərinə əsasən, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: “Bu münaqişənin nizamlanmasına cəlb edilən ölkələr var, 20 ildən çox vaxt ötüb, vəziyyət əvvəlki kimi qalır və nizamlanmada heç bir tərəqqi yoxdur”.

Eks prezident əlavə edib ki, Dnestryanı münaqişənin və Gürcüstandakı münaqişələrin nizamlanmasında da müəyyən irəliləyiş əldə edilməyib: “Qorxuram ki, bu il beynəlxalq ictimaiyyət “dondurulmuş” münaqişələrin həlli üçün yaxşı formada deyil”.

Trend.az

20.05.2015 14:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*