Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (3-cü hissə)

17.01.2013 | 10:15

1358403803_huameDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

İslam Konfransı Təşkilatı (hazırda: İslam Əməkdaşlıq Təşkilatı – Müəllif) İslam Konfransı Təşkilatı Azərbaycana qarşı erməni təcavüzünü daim pisləyir, öz qərarlarında Ermənistanı təcavüzkar dövlət kimi qiymətləndirir, BMT-ni bu dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırır və Ermənistandan Azərbaycanın bütün işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxardılmasını tələb edir. İslam Konfransı Təşkilatı dünyanın ən vacib beynəlxalq hökumətlərarası regional təşkilatlarından biridir və ən nüfuzlu müsəlman hökumətlərarası regional təşkilatıdır. Ümumiyyətlə, İKT ona üzv olan dövlətlərin sayına görə Birləşmiş Millətlət Təşkilatından sonra dünyanın ikinci beynəlxalq hökumətlərarası təşkilatıdır. Hal-hazırda İKT dörd qitədə — Asiyada, Avropada, Afrikada və Cənubi Amerikada yerləşən, əhalisinin ümumi sayını 1,5 milyard insan təşkil edən 57 ölkəni birləşdirir. İKT-nın müasir beynəlxalq əlaqələr sistemində xüsusi yeri BMT və İKT arasında əməkdaşlıq haqqında bağlanmış müqavilədə də əks olunur. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İKT tərəfindən, o cümlədən İKT-yə üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində (sammitlərində) və xarici işlər nazirləri səviyyəsində çoxsaylı qətnamə və qərarlar qəbul olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı – üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13-15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin yeddinci zirvə görüşünün sənədlərini [30] və 9-11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin səkkizinci zirvə görüşünün sənədlərini [31], 2000-ci ilin 12-13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə [32], 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommunikeni (33-cü bənd) [33], 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudi Ərəbistan) qəbul olunmuş Yekun Kommunikeni [34], 2008-ci ilin mart ayında İKT On birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommunikeni (61-ci bənd) [35] göstərmək olar. Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qatar) qəbul olunmuş 21/9-P(IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnaməni, 21/9-E (IS) saylı “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, 25/9-C saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni, Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnaməni, 21/10-E (IS) saylı “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyat və İslam işləri üzrə qətnamələrin (j) “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında”qətnaməni, On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P(IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnaməni, 2/11- E(İS) saylı “Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında” qətnaməsinin “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” bölməsini, mədəniyyat və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (İS) saylı “İslam müqəddəs yerlərinin müdafiəsi haqqında”qətnaməni də göstərmək olar. Bundan əlavə, ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommunikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır. Seneqalın paytaxtı Dakar şəhərində İKT Dövlət və Hökumət Başçılarının 13-14 mart 2008-ci ildə keçirilmiş XI zirvə görüşündə İKT-nın ikinci və hal-hazırda qüvvədə olan Nizamnaməsi qəbul olunmuşdur. Bu Nizamnamə 18 fəsildə 39 maddə birləşdirir. İKT Nizamnaməsinin 1-ci fəslin 1-ci maddəsinin 4-cü bəndində, Azərbaycanın səyləri nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəa təsbit edildi. Bu isə, öz növbəsində, ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsinin hüquqi bazasının möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş müxtəlif sənədlərlə yanaşı, həm də İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommunike və bəyanatlarda və çoxsaylı qətnamələrdə də öz əksini tapmışdır. Burada onların bir neçəsini göstərmək olar: İKT Xarici İşlər Nazirləri Şurasının Türkiyənin İstanbul şəhərində 17-18 iyun 1992-ci ildə keçirilmiş 5-ci fövqəladə sessiyasının Yekun Kommunikesinin 15-ci bəndi; 7-9 sentyabr 1994-ci ildə Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 7-ci fövqəladə sessiyasının Yekun Kommunikesinin “Ermənistan və Azərbaycan arasında münaqişə” bölməsinin 64, 65, 66, 67, 68, 69, 70-ci bəndləri və “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 5/7-EX saylı Qətnamə; 25-29 aprel 1993- cü ildə Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyasının Yekun Kommunikesinin 44 bəndi və “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 12/21-P saylı Qətnamə; 10-12 Dekabr 1994-cü ildə Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 22-ci sessiyasının Yekun Kommunikesinin: Azərbaycan-Ermənistan bölməsinin 70, 71, 72, 73-cü bəndləri və, bununla yanaşı, “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 11/22-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 16/22-E saylı Qətnamələr; 9-13 dekabr 1996-cı ildə İndoneziya Respublikasının Cakarta şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 24-cü sessiyasının Yekun Kommunikesinin B. Siyasi məsələlər: Ermənistanın Azərbaycana qarşı təcavüzü” fəslinin 80-85-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 12/24-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 18/24-E saylı Qətnamələr; 15-17 mart 1998-ci ildə Qatarın paytaxtı Dohada keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 25-ci sessiyasının Yekun Kommunikesinin “Ermənistanın Azərbaycana qarşı təcavüzü” fəslinin 63-cü bəndi və “Ermənistan Respublikasının AzərbaycanRespublikasına qarşı təcavüzü haqqında” 13/25-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 18/25-E saylı Qətnamələr; 27-30 iyun 2000-ci ildə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 27-ci sessiyasının Yekun Kommunikesinin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” fəslinin 72-ci bəndini və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 17/27-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 20/27-E saylı və “Ermənistanın Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” 25/27-C saylı Qətnamələr; 25-27 iyun 2002-ci ildə Sudan Respublikasının paytaxtı Xartumda keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasının Yekun Kommunikesinin 37-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 20/29-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 21/29-E saylı və “Ermənistanın Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” 11/29-C saylı Qətnamələr; 28-30 may 2003-cü ildə Tehranda (İran İslam Respublikası) keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyasının Yekun Kommunikesinin 41-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 13/30-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 21/30-E saylı və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” 10/30-C saylı Qətnamələr; 28-30 iyun 2005-ci ildə Yəmən Respublikasının Səna şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 32-ci sessiyasının Yekun Kommunikesinin 40 və 41-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 9/32-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 10/32-E saylı Qətnamələr və “İslam müqəddəs yerlərinin qorunması haqqında” 2/32-C saylı qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bölməsi; 19-21 iyul 2006-cı ildə Bakı, Azərbaycan Respublikasında keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Bakı Bəyannaməsinin 14-cü bəndi və Yekun Kommunikesinin 45 və 46-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 9/33-P saylı və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” 10/33-E saylı Qətnamələr və “İslam müqəddəs yerlərinin qorunması haqqında” 2/33-C saylı Qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bölməsi; İKT-nin Baş Katibinin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” məruzəsi; 18-20 iyun 2008-ci ildə Uqandanın paytaxtı Kampalada keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyasının Kampala Bəyannaməsinin 25-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 6/35-P saylı və İKT-yə üzv ölan və üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardımın göstərilməsinə aid fəaliyyət haqqında” 3/35-E saylı qətnamənin Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi haqqında bölməsi və “İslam müqəddəs yerlərinin qorunması haqqında” 3/35-C saylı qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bölməsi; 23-25 may 2009-cu ildə Dəməşq, Suriya Ərəb Respublikasında keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 36-cı sessiyasının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 9/36-P saylı və İKTyə üzv ölan və üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardımın göstərilməsinə aid fəaliyyət haqqında” 3/36-E saylı qətnamənin Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi haqqında bölməsi və “İslam müqəddəs yerlərinin qorunması haqqında” 3/35-C saylı qətnamənin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bölməsi; 18-20 may 2010- cu ildə Düşənbə, Tacikistan Respublikasında keçirilmiş İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 36-cı sessiyasının Düşənbə Bəyannaməsinin müddəaları və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 10/37-P saylı qətnaməsi və İKT-yə üzv ölan və üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardımın göstərilməsinə aid fəaliyyət haqqında” 6/37-E saylı qətnamənin Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi haqqında bölməsi və “İslam müqəddəs yerlərinin qorunması haqqında”2/37-C saylı qətnamənin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və müqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bölməsi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İKT-də qəbul olunmuş qərarlar və qətnamələrin müəyyən təsnifatını aparmaq olar:

1.“Ermənistanla Azərbaycan arasında münaqişə haqqında” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamələr;

2. “Azərbaycan Respublikasına İqtisadi yardım göstərilməsi haqqında” qətnamələr;

3. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına

qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” Qətnamələr. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İKT tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən qərarların və qətnamələrin məzmununu qısaca ifadə edərək, aşağıdakı nəticələrə gəlmək olar:

– birincisi, İKT Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması faktını təsdiq edir (məsələn, bax 13-15 dekabr 1994 –ci ildə Kasablanka, Mərakeşdə keçirilmiş İKT VII sammitinin Yekun kommünikesinin 8 bəndi; 12-13 noyabr 2000- ci ildə Doha, Qətərdə keçirilmiş İKT IX sammitinin Yekun kommünikesinin 61 bəndi; 16-17 oktyabr 2003-cü ildə Malayziyada keçirilmiş İKT X sammitinin Yekun kommünikesinin 33 bəndi; 13-14 mart 2008-ci ildə Dakar, Seneqal Respublikasında keçirilmiş İKT XI sammitinin Yekun Kommünikesinin 61 bəndi və s.);

– ikincisi, İKT Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyir və bu təcavüzə son qoyulmasını tələb edir və bununla yanaşı həm də Ermənistanın silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və şərtsiz çıxarılmasını tələb edir;

– üçüncüsü, İKT Ermənistanı təcavüzkar kimi tanıyaraq, BMTnin Təhlükəsizlik Surasına Azərbaycana qarşı təcavüzün baş verməsi faktının tanınması və BMT-nin Nizamnaməsinin VII fəslinə uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən özünün əvvəllər qəbul etdiyi qərarlarının təmin edilməsi məqsədilə müvafiq addımların atılması üçün müraciət etdi. Ermənistan tərəfindən müasir beynəlxalq hüquq norma və prinsiplərinin pozulması bu dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yaradır. Bu halda həmin dövlətə qarşı BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən beynəlxalqhüquqi məcburetmə tədbirləri sisteminin tətbiq edilməsi tam hüquqauyğundur;

– dördüncüsü, İKT tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması o demək idi ki, Ermənistan Respublikası birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin iştirakçısıdır. Bu fakt sonradan 2 dekabr 2008-ci ildə imzalanmış Moskva Bəyannaməsində öz əksini tapmışdır. Bu faktın beynəlxalqhüquqi sənədlərdə əks olunmasının böyük əhəmiyyətı var. Belə ki, bu faktın etiraf edilməsi, guya ki, münaqişənin Azərbaycan və “Dağlıq Qarabağ”, mərkəz və əyalət arasında baş verməsinə dair erməni tərəfinin konsepsiyasının əsassız olmasını bir daha sübut edir;

– beşincisi, İKT Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində Azərbaycan əhalisinə qarşı edilmiş hərəkətləri insanlığa qarşı törədilmiş cinayətlər kimi qiymətləndirir. Bu fakt işğal olunmuş Azərbaycan ərazisində azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdə, o cümlədən Xocalıda mülki əhaliyə qarşı soyqırımın həyata keçirilməsində əli olan Ermənistanın rəsmi və vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsinin zərurətinə dair məsələnin qoyuluşu haqqında hüquqi əsaslar verir;

– altıncısı, İKT Ermənistan və Azərbaycan arasında münaqişənin ədalətli və dinc yolla nizamlanmasının əsas prinsiplərini müəyyən edir. Bunlar dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləridir;

– yeddincisi, İKT Ermənistanın hər hansı bir qanunsuz iqtisadi fəaliyyətinə və Azərbaycanın işğal olunmuş ərazilərində təbii resursların istismarına və İslam abidələri daxil olmaqla, Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılması praktikasına son qoyulması zərurətini qeyd edir;

– səkkizincisi, İKT yuxarıda qeyd olunan məqsədin həyata keçirilməsi üçün təşkilata üzv olan ölkələr tərəfindən əlaqələndirici addımların atılmasına dair qərar qəbul etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, İKT öz qərarlarında Azərbaycan xalqı ilə digər beynəlxalq təşkilatlar çərçivəsində də öz həmrəyliyini göstərmək zərurətini qeyd edir. Belə ki, İKT-nın XI sammitinin kommünikesinin 61-ci bəndində qeyd olunur ki, İKT Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı layihəsinə öz dəstəyinin gücləndirilməsi zərurətinə razılığını ifadə etmişdir. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, İKT qərarlarında və qətnamələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasları müəyyən edilir.

 

KarabakhİNFO.com

 

17.01.2013 10:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*