Azərbaycanca

“Bir Azərbaycan əsgəri bütöv düşmən ordusuna bərabərdir”

27.06.2014 | 16:02

1403870570_emin-hesenli-politoloq26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Mərhum prezidentimiz Heydər Əliyevin  1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.

Azərbaycan ordusunun  hazırkı vəziyyəti barədə Silahlı Qüvvələrə İctimai Nəzarət Sisteminin sədri Emin Həsənli “KarabakhİNFO.com”  beynəlxalq electron jurnalına müsahibə verib.

 

– Emin bəy, Azərbaycan ordusunun hazırkı vəziyyətini necə dəyərləndirirsiz?

 

 

 

Azərbaycan orsunun hazırkı durumu illər öncə ilə müqayisədə ürək açan səviyyədədir. Ordumuzun texniki bazası güclənib. Ən əsası odur ki, əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Mən tez-tez döyüş bölgəsində oluram.  Hərbi xidmətdə qulluq edən əsgərlərdə ruh yüksəkliyi hiss olunur.

 

 

Silahlı Qüvvələrimizin döyüş hazırlığı hansı səviyyədədir?

 

 

Azərbaycan bu il xeyli hərbi təlimlər keçirib, hazırda da hərbi birləşmələrdə, hərbi hissələrdə bu təlimlər davam edir. Silahlı Qüvvələrin döyüş hazırlığı yüksəldilib. Silahlı Qüvvələrdə xidmət edən zabitlərin mənəvi-psixoloji hazırlığı çox yaxşı durumdadır və keçirilən hərbi təlimlər də bunu göstərir. Müdafiə nazirinin rəhbərliyi altında keçirilən hərbi təlimləri də xüsusi qeyd etmək lazımdır. Düşmən hər gün atəşi pozur və hər gün də layiqli cavabını alır. Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin Monitorinq Qrupunun üzvləri tez-tez hərbi hissələrdə olurlar. Həm hərbi hissələrdə quruculuq işlərini, həm də təlimləri izləyirik.

 

Bu günləri ən sevindirici hal odur ki, Ali Baş Komandan hərbçilərə qayğı göstərir. Onların əmək haqqısı artır, hərbçilərin mənzil şəraiti yaxşılaşdırılır. 20 ildən artıq hərbidə xidmət edən şəxslərə mənzil verilir. Döyüş hazırlığının artırılması üçün şəxsi heyətin maddi texniki bazası yüksəkdir. Əsgərlərin kazarma şəraiti ürəkaçan durumdadır. Müasir avadanlıqlarla təmin olunmuş hərbi xəstəxanalar mövcuddur. Hərbi təhsil müəssisələrimiz yaxşı vəziyyətdədir. Bugün Azərbaycan ordusu qarşıya qoyulan məqsədi yerinə yetirməyə qadirdir.

 

 

–  İctimaiyyətin hazırki ordu barəsində fikri necədir?

 

Ordu elə bir qurumdur ki, cəmiyyətlə əlaqəsi yaxşı olmalıdır. Mətbuat, QHT, ictimaiyyət nümayəndələri orduya daim diqqət göstərməlidir. Bizim ordunun maddi potensialı yüksək səviyyədədir. Maddi dəstəklə yanaşı, orduya mənəvi dəstək olmaq lazımdır. Təəssüflər olsun ki, bəzi KİV-də ordunu gözdən salan məqalələr yazılır. Bu cür materiallara yol vermək olmaz. Ordu elə bir sahədir onu daim yüksək tutmaq lazımdır. Ordu haqqında yanlış informasiyaların yazılması düşmən ölkəni sevindirir. Buna yol vermək olmaz. Ordu nə iqtidarındı, nə də müxalifətin. Ordu xalqındır. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin orduya bir münasibəti, bir fikri olmalıdır.

 

 

– Sizcə, Azərbaycan ordusu artıq Qarabağı işğaldan azad edə bilər?

 

Bir Azərbaycan əsgəri bütöv düşmən ordusuna bərabərdir. Biz hələ də sülh yolu ilə torpaqlarımızın azad olunmasını gözləyirik. Regionda vəziyyət Azərbaycanın xeyrinə dəyişir. Həm ordumuz, həm də iqtisadiyyatımız güclənib. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu həddindən artıq yüksək səviyyədədir. Əgər sabah Ali Baş Komandan əmr verərsə, qısa zamanda işğal altında olan torpaqlarımız geri alınar. Ölkə başçısı İlham Əliyev istəyir ki, regionda sülh və əmin-amanlıq bərpa olunsun.  Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Ermənistan ordusu heç vaxt Azərbaycan ordusu ilə müqayisə oluna bilməz.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

27.06.2014 16:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*