Azərbaycanca

Biz danışa bilmirik, biz döyüşə bilirik

05.07.2013 | 14:08

1373018711_cahid-lkbrovla-1Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğurunda vuruşan, Şuşa şəhərinin müdafiəsində iştirak edən Cahid Ələkbərov bir çoxumuza yaxşı tanışdı. Hər dəfə Şuşanın il dönümü gələndə, Cahid müəllim televiziya kanallarında gedən verlişlər vasitəsilə həmin hadisələri bizimlə bölüşür. Özü də çox az danışır, daha doğrusu danışa bilmir, gözləri dolur. Elə özünün də dediyi kimi: – Biz danışa bilmirik, biz döyüşə bilirik. Cahid müəllim 1967-ci ildə Şuşa şəhərində anadan olub.

 

–  19 yaşlı gəncin vətən sevgisi.

 

– Döyüşlərə 1986-cı illərdən başlayır. Onda cəmisi 19 yaşı olur. Həmin vaxtı kənd-kənd könülüllər yığılıb, postlarda dururlar. Sonra Şuşa Özünü müdafiə batalyonu yaranır. Cahidlə birlikdə vətənpərvər oğullarımız həmin batalyonun tərkibində döyüşlərə başlayır.

– 8 nəfər döyüşçü ilə ermənilərin bir hərbi hissəsini məhv etmişik.

 

– Batayona təzə silah verilir. Ov tüfəngindən başqa heç bir silah görməyən əsgərlər, yaxşı silahlandıqdan sonra 8 nəfər döyüşçü ilə ermənilərin hərbi hissəsinə hücum edərək, onları xeyli itki verməyə məruz qoyurlar. Geri çəkilən könüllülərimizdən təəssüflər olsun ki, güllə yan keçmir. Düşmən tərəfindən atılan Snayper güllləsi Habilin düz alnından dəyir. Əsgər yoldaşı Yaşar onun meyitini gürəyinə alaraq qaçır, amma ermənilərin iki gülləsi də Habilin qarnına dəyir. Həmin gün Şuşa ilk şəhidini verir.

– Mayın 8-i isə, Şuşaya erməni  birləşmələrinin on dörd minlik qoşunu hücuma keçir

 

– 1992-ci il may ayının ilk günləri hadisələr daha da şiddətlənir.. Həmin vaxtı şəhər sakinləri artıq Şuşadan çıxarılmış olur. Cahid müəllim qeyd edir ki, avtomat atan kimi, yerimizi dəyişirdik. Çünki, ermənilər bu hücuma elə hazırlaşmışdılar ki, həmin ərazini tank mərmiləri ilə şumlayırdılar. Həmin vaxtı Laçından on bir nəfər döyüşçü və bir də Bakının “Şıxov” batalyonu  köməyə gəlir. Döyüşlər “Tar sexi” ərazisində qızışır, günorta saatlarında ermənilərin atdığı tank mərmisi döyüşçülərimizin lap yaxınlığına düşür. Bu döyüşdə bir çox döyüşçülərimiz həlak olur, Cahid müəllim isə kürəyindən ağır yaralanır. Tank mərmisi onun kürəyinə dolur. Ağır vəziyyətdə döyüş bölgəsindən çıxarılır. Oradan Laçına, Laçından isə Bakıya hospitala gətirilir. Döyüşün qeyri-bərabər keçməsi döyüşçülərimizin geri çəkilməsinə səbəb olur.

– O, yenidən döyüşə qayıdır.

 

– Bununla barışa bilməyən Cahid müəllim, yenidən döyüşə qayıdır. Bu dəfə Laçın istiqamətində döyüşlərə başlayır. Bu döyüşlərdə də yenidən güllə yarası alır. Ümumilikdə dörd dəfə yaralanır. 1994-ci ilə kimi ordu sıralarında olur. Milli ordumuzun yaranmasına başlanıldıqdan sonra, Cahid müəllim ordu sıralarından təxris olunur. Otuz yaşında ailə qurur, hazırda dörd övladı var. Ən böyük  arzusu isə budur –Şuşanı bircə gün görmək və sonra bu dünyadan getmək.

Vasif  Əlihüeyn

“KarabakhİNFO.com”

 

05.07.2013 14:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*