Azərbaycanca

Biz onun meyidini alanda, burnunu, qulağını kəsib, gözünü çıxartmışdılar

22.01.2013 | 16:33

1358857805_nsimi-atas-v-qardaMüsahibimiz Kəlbəcər rayon Qanlı  kənd sakini Nəsimi Mehdiyevdi.   Çox qəribə olsa da Qarabağ müharibəsində bir ailədən 3 nəfər, ata və iki oğlu iştirak ediblər. Onda ailə başçısı Sabirin 42, Nəsiminin 20, Fəxrədinin isə 18 yaşı olub. Onlar 701-ci briqadanın əsgərləri olublar.

 

-Nəsimi müəllim, çox qəribədir ki, siz Qarabağ müharibəsində atanız və qardaşınızla birgə döyüşmüsünüz. Belə döyüşçülərin sayı məncə çox deyil.  İstərdik bu barədə bizə məlumat verəsiniz.

 

– Atam Mehdyev Sabir Əbülfət oğlu 1950-ci ildə Kəlbəcərin Qanlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2 il Qazaxstan Respublikasının Astana şəhərində hərbi xidmət keçib.  Atam müddətdən artıq “Çavuş” olub. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısıdır. 1992-ci ildə Aydoğan yüksəkliyinin, Aterk, Qozlu, Zərdəxan, Çapar, Kərəmli və s. yaşayış məntəqələrinin erməni quldurlarından azad olunması kimi çətin və ağır döyüş yolu keçib. 1993-cü ilin yayından 701-ci briqadanın 3-cü taborunun bölüyünün komandiri mərhum Telman Allahverdiyevin müavini olub. Həmin vaxtlarda biz də iki qardaş atamla birgə döyüşmüşük.

– Nəsimi müəllim, həm atanız, həm də qardaşınız döyüşürdü. Bunun üçün hansı narahatçılıqları keçirirdiniz?

 

– Çox qəribə idi, günlərlə bir-birimizi görmürdük. Mən elə bilirdim onlar ölüb, onlar elə bilirdi mən ölmüşəm.  Neçə gündən sonra görüşürdük. Biz iki qardaş əsgər idik. Bir dəfə yadımdadı ağır döyüşlər gedirdi, komandirimiz əmr verib qardaşım Fəxrəddini geri qaytardı. Fəxrəddin çox israr etdi, amma əmr, əmr idi, komandirin əmrinə tabe olmalıydı. Mən bunu sonradan anladım, çünki evdə anamla iki azyaşlı qardaşım qalmışdı. Onlara da həyan olmaq lazım idi.

– Biz bu ağır döyüşlərdə qızıl mədənlərinə malik qiymətli Kəlbəcərimizi itirdik.  Hamımızın ürəyində vətən həsrəti, bir vətən nisgili var. Kəlbəcər getməməliydi, amma təsüflər olsun ki, Kəlbəcər də getdi.

 

Biz onun meyidini alanda, burnunu, qulağını kəsib, gözünü çıxartmışdılar– Mən ümumiyyətlə “ermənilərlə döyüşmüşük” sözünü qəbul etmirəm, çünki biz ermənilərlə yox, ruslarla döyüşürdük. Məsafə o qədər yaxın olurdu ki, biz onların rus olduqlarını asanlıqla müəyyənləşdirə bilirdik.  Biz Kəlbəcəri vermədik, Kəlbəcəri o vaxt ki, hakimiyyət verdi. Kəlbəcər elə bir yer idi ki, onu almaq o qədər də asan deyildi.

 

– Kəlbəcərdən necə çıxdınız?

 

– Birinci sakinləri yola saldıq, amma elə anlar olub ki, erməni vertalıyotları bizim vertaılyot adıyla sakinləri yığıb öz ərazisinə aparaıb. Bu da o vaxtki hakimiyyətin naşılığıydı. Sonra bizə də əmr gəldi geri qayıtdıq.

– Döyüşlərdə xəsarət almamısınız ki?

 

– Xeyr, bu da qismətmiş mənə heç nə olmadı. Amma atam yeddi yerdən güllə yarası aldı, indi də bədənində qəlpə var. Qaradaşım Fəxrəddinin ayaqlarını “don” vurdu. Soyuqlar olanda əziyyət çəkir. Döyüşlərin birində döyüşçü yoldaşım Aqil şəhid olub erməni tərəfdə qalmışdı. Biz onun meyidini alanda, burnunu, qulağını kəsib, gözünü çıxarmışdılar. Qonşumuzdan iki qadın əsir düşmüşdü, onları aparıb anasını qızının gözünun qabağında yandırmışdılar. Qızını isə bir ildən sonra qaytara bildik. Bizdə isə, erməni qadını öz nəvəsi ilə əsir düşmüşdü. Biz onlara toxunmadan qanun çərçivəsində geri qaytardıq.

– Nəsimi müəllim, bu günki gənclərə sözünüz nədir?

 

– Bu günki gənclərimizə vətənpərvər olmağı, elinə-obasına sayqı duymağı tövsiyyə edirəm. Biz prezidentimizdən çox razıyıq. O, ordu üçün lazım olan bütün silah və sursatları alır. Hərbi hissələrimizdə nizam-intizama güclü nəzarət edilir. Ordumuz lazım olan bütün ehtiyacla təmin olunur. Bizim ailədə o vaxtı üç nəfər döyüşürdük, indi iki qardaşımda böyüdü. Artıq beş nəfərik və müharibə olarsa, bizdə ordumuza qoşulub dörd qardaş və bir ata döyüşə getməyə hazırıq.

 

 

Vasif Əlihüseyn

 

“KarabakhINFO.com”

 

22.01.2013 16:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*