Azərbaycanca

Biz ora “vətən möhürü” vurmuşuq

13.08.2013 | 11:39

1376377934_masalla-liyevl1 (1)Qarabağ döyüşlərində öz qəhrəmanlıqları ilə seçilmiş oğullarımızdan biri də Baş-leytenant Maşalla Şirinalı oğlu Əliyevdi. O, 1954-cü il aprel ayının 14-də Cəlilabad rayonunda anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. İxtisasca “İnşaatçı” olmasına baxmayaraq, universitetdə hərbi kafedranı bitirib. İki il sovet orusunda zabit kimi hərbi xidmət edib. Müsahibimlə tanışlıq sizin üçün də maraqlı olacaq.

 

  Döyüş yolunuz haradan başladı?

 

 –  Xocalı hadisəsindən sonra döyüşə getməyə qərar verdim. 1992-ci il Mart ayının 8-i rayondan birbaşa Ağdama yollandım. Zabit olduğumdan gedən kimi  tez bir zamanda batalyonda nizam-intizam yarada bildim. Asif Məhərrəmov var idi, “Fred Asif” deyərdilər . O, bir batalyon yaratmışdı və mən də bu batalyonda döyüşürdüm.

 –  Siz ora zabit kimi getmişdiniz?Biz ora “vətən möhürü” vurmuşuq

 –  Təbii ki, mən ora zabit kimi getmişdim. Amma müharibəyə gedən adam üçün rütbə maraqlı olmur. Mən özümü Azərbaycan əsgəri, döyüşçüsü sayırdım.

 –  Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmisiniz?

 

 –  Xeyr! Həmin vaxtı mən müalicə olunurdum. Geyim və ərzaq qıtlığı bizə əziyyət verirdi. Silahımız olmurdu. Müalicəm bitdikdən sonra, yenidən döyüşə yollandım. “Naxçıvanik” döyüşündə iştirak etdim və Naxçivaniki azad etdik. Həmin vaxtı ermənilər çox böyük itki verdilər.

 –  Siz döyüşdə iki ayağınızı itirmisiniz. Bu hadisə necə oldu?

 

 –  İdiyə kimi yadımdadı, 1993-cü ilin dekabr ayının 3-ü idi. Xocavənd rayonunda Şişqaya deyilən bir yer var. Biz “Qaz 66” maşınında döyüşə gedirdik. Mən sürücünün yanında oturmuşdum. Maşınımız yolda tank əleyhinə minaya düşdü. Mən tərəfdən qabağ təkər minaya düşdüyündən məni maşının içindən beş-altı metr uzağa tulladı. Yoldaşlarım yüngül xəsarət aldılar, mənsə bir də baxdım ki, ayaqlarım yoxdu. Yoldaşlar qoluma girib məni qospitala apardılar. Əslində yerdə çoxlu qar olduğundan mina düz partlamadı. Partlayış sağa-sola yayıldı. Düz partlasaydı, məni külə çevirərdi.

 –  Qarabağ mövzusunda aparılan təbliğatlar sizi qane edirmi?

 

 –  Mən həmişə demişəm bu gün də deyirəm: “Qarabağ mövzusuna toxunan insanlardan “parfüm” qoxusu yox, “barıt” qoxusu gəlməlidi”. Mən rayonda uşaq baxçasından tutmuş, orta məktəblərə kimi maksimum nə qədər gücüm çatır  təbliğat aparıram.

 –  Sizin üçün ayaqlarınızı itirmək ağrılıdı, yoxsa torpaqları itirmək?Biz ora “vətən möhürü” vurmuşuq

 

 –  Mənim üçün ayaqlarımı itirmək şərəfdi. Mən ayaqlarımı itirəndə, vətən torpaqlarımızı öz qanımla boyamış oldum. Biz ora “vətən möhürü” vurmuşuq. Tək mən yox, şəhidlərimiz və qazilərimiz. Mən vətən üçün döyüşmüşəmsə, ayaqlarımı itirdiyimə görə bədbin ola bilərəmmi? Yox, əksinə mən özümə şərəf sayıram ki, vətən qarşısında gücüm çatan qədər borcumu vermişəm. Halbuki, mən başımı qoymağa getmişdim vətən yolunda. Torpaqları itirmək doğrudan da, mənim üçün ağrılıdı. O, torpaqlar ki, qanla suvarılıb qaytarılmalıdı.

  –  Məni düşündürən suallardan birini də sizə ünvanlamaq istəyirəm. Vətənpərvərlik ruhunun gənclərdə aşılanması üçün “Vətənpərvərlik” partiyası yaratmaq olar?

 

 –  Məncə bu çox gözəl fikirdi. Bu qədər partiyalar var və nə olardı bir dənə də “Vətənpərvərlik” partiyası yaradılardı. Bu partiyaya Azərbaycanımızın vətənpərvər gəncləri qoşulardı. Bu mövzuda bölgələrdə , hərbi hissələrdə görüşlər keçirilərdi.

  Biz ora “vətən möhürü” vurmuşuq–  Siz özünüz də bunun şahidi oldunuz ki, Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin qəhramanlıqları deyərədim ki, hardasa çoxdankı sükutu pozdu. Bununla bağlı nə deyə bilərsiniz? 

 

 –  M. İbrahimov çox böyük əfsanə yaratdı. F.Əhmədov və Ə. Abdullayev bizim çoxdan ki, kəşfiyyatçılarımız idi, çoxları onları şəhid olandan sonra tanıdılar. Fərid və Əhmədi uşaq olanda, başlarını sığallamışam. Demişəm ki: “ Bu vətəni sevmək lazımdı, vətən uğurunda şəhid olmaq lazımdı!”.  Onlar haqqında tamaşa da hazırlanmışdı və mənim onlarla dediklərimi də canlandırıblar. Bu üç qəhrəmana kimi, bir az durğunluq yaranmışdı. Biz beynəlxalq təşkilatlarla Qarabağı geri almağı özümüzə sığışdırmamalıyıq. Qarabağ məsələsi namus məsələsidi. Azərbaycan əsgəri o, qədər qüdrətlidi ki, heç bir düşmən əsgəri bizim qarşımızda tab gətirə bilməz. Mən bunları görmüşəm.Biz ora “vətən möhürü” vurmuşuq

  – Bizə demək istədiyiniz nəsə qalmadı ki?

  –  Bu mövzuda çox danışmaq olar. Niyə axı biz, qəhrəmanlıq salnaməmizi soyqrım kimi dünyaya təqdim edirik?  Ağlayırıq, sıtqayırıq. Sözü “Xocalı faciə”sinə, “20 yanvar” hadisəsinə gətirmək istəyirəm. “Xocalı faciəsi” əslində “Xocalı salnaməsi”di. Orada qadınlar, qızlar döyüşüb.   “20 yanvar” hadisəsi  “Qanlı 20 yanvar” kimi yox, “Şanlı 20 yanvar” kimi qeyd olunmalıdı. Bizim şəhidlik günümüzdü. Şəhidlik günündə nə qərənfil, nə də millət ağlayır. Təbliğat aparanda Ş.İ.Xətaidən, Atilladan yox,  “20 yanvar”dan, “Xocalı salnaməsi”ndən başlamaq lazımdı.

Söhbətimiz əsasında Maşalla müəllimin döyüşçü yoldaşlarından olan Əsəd Salahov da gəldi. Biz birlikdə Baş-leytenant F.Əhmədov, Kapitan Ə.Abdullayev və əsgər N. Elvingilin valideyinlərinə baş çəkib xatirə şəkili çəkdirdik.

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/sahidler/1832-biz-ora-vtn-mohuru-vurmusuq.html#sthash.Jzl8IGcP.dpuf

13.08.2013 11:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*