Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-11)

05.03.2013 | 12:17

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

 

 

 

 

 

Bizi əsirlikdən qurtarın (davamı-11)  Almuradov Xəqani Ağaqulu oğlu

   1969-cu ildə Azərbaycan Respublikası Zangilan rayonunun Şəfibəyli kəndində anadan olub. 1992-ci ilin yayinda Zangilan Rayon Hərbi Komissarlığı tərəfındən hərbi xidmətə çağırılıb. Bölmə rəisi Almuradov Xəqani 7 döyüşçü ilə 23 avqust 1993-cü ildə Cəbrayıl rayonu işğal olunan gün ermənilər tərəfindən əsir götürülüb.

 Bu məlumatı Xəqaninin atası – Zəngilan rayonu Şəfibəyli kənd sakini, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər prospekti, ev 91V ünvanda yaşayan Almuradov Ağaqulu Mütəllim oğlu bildirib. Döyüş yoldaşları ona Xəqaninin yaralı vəziyyətdə əsir götürüldüyünü deyiblər.

Əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Xocavənd rayonu Qaradağlı kənd sakini, Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlu izahatında yazıb ki, növbəti dəyişmə prosesində qarşı tərəfin nümayəndəsi Albert Voskanyan ona Xəqani ilə birlikdə əsir götürülmüş döyüşçülərin sağ-salamat olduqlarını deyib. Voskan­yan bildirib ki, itkin düşmüş Arturyan Joriki, Sarkisyan Ediki, Nazaryan Rayanı və Ayvazyan Beniki tapsalar, həmin əsirləri dəyişə bilərlər. Lakin həmin ermənilər tapılmayıb.

Bizi əsirlikdən qurtarın (davamı-11)  Aslanov Məhəmmədəli Pənah oğlu

  1958-ci ildə Gəncə şəhərində anadan olub. 1 avqust 1993-cü ildə Gəncə Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xdmətə çağırılıb və orduda kapitan rütbəsində xidmət edib. 17 aprel 1994-cü ildə Tərtər rayonunun Talış kəndi uğrunda döyüşdə ağır yaralanaraq ermənilər tərəfindən əsir götürülüb. 22 may 1994-cü ildə Şuşa həbsxanasına aparılıb, sonradan Xankəndinə köçürülüb.

Qohumu – Bakı şəhəri, Cavadxan küçəsi, ev 19, mənzil 60-da yaşayan Mustafayev Vəli Qulu oğlunun verdiyi məlumata görə, Məhəmmədəlinin axtarışı ilə məşğul olan zaman döyüş yoldaşları onun ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürüldüyünün şahidi olduqlarını deyiblər. Vəli 1997-ci ildə Gürcüstan Respublikasının vətəndaşı olan ermənilərlə görüşərək Məhəmmədəli haqqında məlumat əldə edib. Erməni tərəfi onu azad etmək üçün müəyyən məbləğ pul tələb edib. Onlar 3 mart 1997-ci ildə görüşüb, Məhəmmədəlini azad etməyi qərara alıblar, lakin qohumları deyilən məbləği tapa bilmədikləri üçün qarşı tərəfin nümayəndələri Aslanovu onlara göstərib, yenidən geri qaytarıblar.

Bizi əsirlikdən qurtarın (davamı-11)Aslanov Rauf Yolçu oğlu

  1972-ci ildə Azərbaycan Respublikası Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. 1992-ci ilin sentyabr aymda Goranboy Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 12 oktyabr 1992-ci ildə Laçın rayonunun Fində kəndində gedən döyüş zamanı itkin düşüb.

Qardaşı – Goranboy rayonu Qaramusalı kənd sakini Aslanov Əli Yolçu oğlunun verdiyi məlumata görə, Rauf postda növbə çəkən əsgərlər üçün kəndə su gətirməyə gedib və bir daha geri dönməyib. O vaxtdan Aslanov haqqında heç bir məlumat yoxdur.

Bacısının axtarışı ilə məşğul olan Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində Ermənistanın Qızıl Xaç və Aypara Cəmiyyətinin nümayəndəsi Allaverdiyan Şamirdən aldığı azərbaycanlı əsir və girovların siyahısında Aslanov Rauf Yolçu oğlunun da adı olub. O, Yerevan şəhərində yerləşən mərkəzi həbsxanada saxlanılıb.

Bizi əsirlikdən qurtarın (davamı-11)Aslanov Rövşən Yaşa oğlu

  1960-cı ildə anadan olub. Goranboy rayonunda təşkil olunmuş 2-ci özünümüdafiə taborunun tərkibində Ağdərə rayonunun Möhrətac kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı M. Abdullayevin və həmin rayonun hərbi komissarı işləmiş 0. Seyidovun verdiyi məlumata görə, As­lanov Rövşən 27 iyul 1992-ci ildə Ağdərə rayonunun Möhrətac kəndində ermənilər tərəfindən əsir götürülüb. O, Ermənistanın Cermuk şəhərində saxlanılıb, sonradan Yerevana göndərilib.

Girov götürülmüş Hüseynova Tamara Saleh qızının qardaşı -Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Ermənistan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Alaverdiyan Şamirdən (Yerevan-74, Nijnıy Şenqavit küçəsi, ev 35, mənzil 22. tel: 48-67-93) Tbilisi şəhərində əldə etdiyi əsir və girovların siyahısında As­lanov Rövşən Yaşa oğlunun da adı olub.

Allahverdiyev Saleh İmanqulu oğlu

  1920-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhə-rində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri iş-ğal olunan gün ailə üzvləri ilə birlikdə Ağdam rayonu istiqa-mətinə qaçıblar. Naxçıvanik yolundakı meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götü-rülüblər.

Salehin həmyerlisi, Bakı şəhəri, Şərif-zadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı iş-ğal olunan gecə həyat yoldaşı və oğlanları ilə ərazini tərk edən zaman qonşuları-Qaz Idarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də onlarla olub. Yolda Allahverdiyevlər gecə-ni meşədə keçirməyi qərara alıb. Abbas-qulugil isə Ağdama tərəf yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi onlar bir daha görüşməyiblər.

Bu faktı onların həmkəndlisi Əzimov Aydın Abbasqulu oğlu da təsdiq edib. Al­lahverdiyev Salehi və onun ailə üzvlərini bir daha görən olmayıb. Deyilənə görə, on­lar Dağlıq Qarabağda saxlanılıblar.

“KarabakhİNFO.com”

 

05.03.2013 12:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*