Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-12)

14.03.2013 | 14:45

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

 

 

 

 

Bizi əsirlikdən qurtarın (davamı-12)

Aslanov Xəqani Kazım oğlu

1955-ci ildə Azərbaycan Respublikası Ağdam rayonu­nun Şelli kəndində anadan olub. 16 iyun 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Atası – Ağdam rayonu Şelli kənd sakini, Ağcabədi rayonunun Hindarxı kəndində məskunlaşmış Aslanov Kazım Qulu oğlu Xəqaninin axtarışı ilə məşğul olan zaman döyüş yoldaşlarından onun əsir götürüldüyünü öyrənib.

1992-1993-cü illərdə Füzuli Rayon lcra Hakimiyyəti başçısının müavini işləmiş, hazırda Bakı şəhərində yerləşən Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşmış Eyvazov Firəddin Əli og­lu izahatında qarşı tərəflə apardığı radiodanışıqlar zamanı Xəqani Aslanovun əsir götürülüb, Dağlıq Qarabağda saxlandığını öyrəndiyini yazıb.

Bizi əsirlikdən qurtarın (davamı-12)

Astanov Mahir Hüseynağa oğlu

1972-ci ildə Azərbaycan Respublikası Yardımlı rayonunun Çayüzü kəndində anadan olub. Könüllü olaraq orduya yazılıb və Daxili Qoşunların tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 10 dekabr 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi istiqamətində gedən döyüşdə hər iki ayağından yaralanıb, ermənilər tərəfindən əsir götürülüb.

Bu məlumatı onun həmkəndlisi və döyüş yoldaşı, hazırda Yardımlı rayonunun Çayüzü kəndində yaşayan Astanov Mahir Ağasala oğlu verib.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Yardımlı rayon bölməsindən 31 may 1993-cü ildə verilən məlumata görə, Astanov Mahir 10 dekabr 1992-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində əsir götürülüb.

Bizi əsirlikdən qurtarın (davamı-12)

Astanov Rafiq Heydər oğlu

1972-ci ildə Azərbaycan Respublikası İmişli rayonu­nun Oruclu kəndində anadan olub. 3 dekabr 1990-cı ildə İmişli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1991-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşdə ağır yaralanaraq sağ ayağının iki barmağını itirib. Müalicə olunduqdan sonra yenidən orduya qayıdıb. 2 oktyabr 1992-ci ildə Xocavənd rayonu Muğanlı kəndi uğrunda döyüşdə əsir götürülüb.

Imişli rayonu Oruclu kənd sakini, Asta­nov Rafiqin atası-Astanov Heydər Məmməd oğlunun verdiyi məlumata görə, döyüş yoldaşları qarşı tərəflə radioəlaqə yaradaraq oğlunun sağ olduğunu öyrəniblər.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazımov Əhəd Musa oğlu izahatında azərbaycanlı hərbi əsirlərin meyitlərini dəyişən zaman, erməni tərəfin nümayəndələri, polis podpolkovnikləri Boris Yesayan və Maksim Astanov Rafiqin əsir götürüldüyünü və Dağlıq Qarabağda saxlandığını bildiriblər.

Bizi əsirlikdən qurtarın (davamı-12)

Atakişiyev Sabir Şaməmməd oğlu

1972-ci ildə Azərbaycan Respublikası Zəngilan rayo­nunun Zərnəli kəndində ana­dan olub. 24 sentyabr 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 10 dekabr 1992-ci ildə Zəngilan rayonu­nun Ağkənd yaşayış məntəqəsi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

DİN İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki G.Dəmirovun, Zəngilan Ra­yon icra Hakimiyyətinin nümayəndəsi Z.Zalıyevin və Sumqayıt şəhər hərbi komissarı polkovnik Q. Qarayevin verdiyi məlumata görə, Atakişiyev Sabir Yerevan şəhərində əsir saxlanılıb.

Döyüş yoldaşı – Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 107-də yaşayan Ismayılov Şahin Soltan oğlunun yazdığı

 

“KarabakhİNFO.com”

14.03.2013 14:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*